Ölkə

Yol polisi sürücülərə müraciət etdi

10 Yanvar 2020 16:35
0 Şərh     Baxış: 1 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.

Milli.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edilir.

Məlumatda qeyd edilir ki, bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır:

"Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.

Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.