Ölkə

Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb - FOTO

9 Yanvar 2020 09:54
0 Şərh     Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan "İj-16" markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.