Azərbaycandakı seysmik təhlükə qiymətləndirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə Qafqaz-Xəzər regionunda seysmik təhlükələrin qiymətləndirilməsi ilə bağlı tədqiqat aparıb.
İnstitutdan Milli.Az-a verilən məlumata görə, tədqiqat "GPS məlumatları əsasında Qafqaz-Xəzər regionunun üç ölçülü geodinamik modeli: yer qabığı deformasiyaları və seysmik təhlükələrin qiymətləndirilməsi" layihəsi çərçivəsində aparılıb. Tədqiqat zamanı Azərbaycan və qonşu ərazilər üçün seysmik sahənin 3D analizi nəticəsində minimal maqnitudlu zəlzələlərin 15-22 km dərinlikdə yerləşdiyi müəyyənləşdirilib və yer səthində GPS sürətləri əsasında dərinliyə görə paylanması öyrənilib. Əldə edilmiş 3D gərginlik paylanması ilə ətraf bölgələrə nəzərən fərqli GPS sürət xarakteristikası olan plitə daxili "domen" bölgələri müəyyən edilib.
İnstitut tərəfindən ilk dəfə olaraq, Balakən-Zaqatala, Şəki-İsmayıllı və Abşeron yarımadası seysmik zonalarında baş vermiş zəlzələlərin enerji sinfinə görə təsnifatı və qruplaşdırılması statistik təhlil edilib. Tədqiqatlar zamanı güclü zəlzələlər tərəfindən yaradılan kiçik zəlzələlərin təkrarlanma dövründən asılılığı müəyyənləşdirilib. Bu cür qiymətləndirmə üsulu seysmik təhlükələrin ehtimal qiymətləndirilməsi metodlarını təkmilləşdirməyə imkan yaradır.
Tədqiqat nəticəsində bu da müəyyən edilib ki, Abşeron arxipelaqında baş verən güclü zəlzələlərdən sonra zəlzələ ocağının yaxınlığında əmələ gələn gərginliyin yayılması ilə palçıq vulkanlarının aktivliyi arasında korrelyasiya var.
Qeyd edək ki, AMEA - CNR (İtaliya) müsabiqəsində iştirak etmək üçün təqdim edilmiş "Seysmikliyin məkan-zaman dinamikasının və GPS siqnallarının inteqrə olunmuş təhlilinə əsasən Azərbaycanın və ətraf regionların gərginlik vəziyyətinin tədqiqi" layihəsi ekspertiza mərhələsindədir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





