Ölkə

Azərbaycanda geoparkların yaradılması konsepsiyası hazırlanıb

8 Yanvar 2020 19:28
0 Şərh     Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qafqazda ilk dəfə olaraq Azərbaycanda geoparkların yaradılması konsepsiyası işlənib hazırlanıb.

Milli.Az xəbər verir ki, Geologiya və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, geoparkların yaradılması konsepsiyası Azərbaycanda nadir geoloji obyektlərin qorunması və davamlı istifadə edilməsinə dair milli tədbirlər planına uyğun olaraq hazırlanıb və elmi əsaslandırılıb.

İnstitut tərəfindən Azərbaycan ərazisində mövcud olan geotermal mənbələr, termal su quyuları və səthə yaxın süxur komplekslərinin geotermik parametrləri toplanıb və araşdırılıb. Yeni məlumatlardan istifadə etməklə geotermal mənbələrin ilkin enerji resursları qiymətləndirilib və elektron məlumat bazasında yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.