Qudasına qoşulub qaçan qadın efirə çıxıb hər şeyi danışdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdaş rayonunun Kükəl kəndində qudaların qoşulub qaçması xəbəri ötən həftənin ən gündəm xəbəri oldu.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, qoşulub qaçdığı deyilən Yaqut ATV-nin "BizimləSən" proqramında üzə çıxaraq yazılanları təkzib edib:
"Mən heç kimə qoşulub qaçmamışam. Mən evdən kiçik oğlumla çıxmışam. Rizvan bizi Sumqayıtadək apardı, oradan sonra hara getdisə, bilmirəm. Evdə söz-söhbət düşdü. Böyük oğlumun nişanlısı ilə narazılıqlar var idi. Qız 3 dəfə nişanı qaytarmaq istəyib. Gedib ayaqlarına düşüb yalvarıb yola gətirmişəm. Yenə də söz-söhbət düşdü və nişanda apardıqlarımızı gətirib evə tökdülər. Nişanı qaytardılar. Mən də bezib kiçik oğlumla evdən çıxdım. Yazılanlardan xəbərim olmayıb. Telefonumuz sönük idi. Telefon açılanda zənglər gəldi, tez kəndə qayıtdıq".
Yaqut xanımın kiçik oğlu Yasin anasının söylədiklərini təsdiqləyib:
"Qardaşımın nişanlısının ailəsilə dava düşdü. Mən də anamı götürüb evdən çıxdım. Rizvan əmidən xahiş etdim ki, bizi öz maşını ilə aparsın. Bizi Sumqayıta qədər gətirdi. Sonra bilmirik hara getdi".
Xatırladaq ki, yazılanlara görə, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıb. R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini gördüyünü, daha sonra ərini izləyib və məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşürlərmiş. Bu hadisədən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Dekabrın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıb.
Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov bildirib ki, qudaların əvvəllər bir-biri ilə əlaqələri olub.
Rizvan Əliyev mətbuata açıqlamasında bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar: "Biz övladlarımızın ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!"
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





