Əli Nağıyev və Orxan Sultanov Türkiyə MİT-in yeni binasının açılışında iştirak ediblər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci il yanvar ayının 6-da Ankara şəhərində Türkiyə Respublikasının Milli İstihbarat Təşkilatının Mərkəzi Aparatının "Qala" yeni inzibati binasının təntənəli açılışı olub.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə Əlaqələr idarəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın dəvəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri təntənəli mərasimdə iştirak ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda Milli İstihbarat Təşkilatının qarşısında duran mühüm vəzifələr, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər barədə danışıb. Dövlət başçısı "Qala"nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni binanın açılışını bildirən rəmzi lentin təntənəli şəkildə kəsilməsi mərasimində Türkiyə Respublikasının ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlətimizin başçısı cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidentinə səmimi salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurların əldə edilməsi barədə arzularını çatdırıblar.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarını yetirib, təbrikə və xoş diləklərinə görə təşəkkürünü bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi





