Ölkə

Bu il Azərbaycanda 12 mindən çox zəlzələ qeydə alınıb

18 Dekabr 2019 16:39
0 Şərh     Baxış: 649
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2019-cu il ərzində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) aparılmış kompleks seysmoloji, geofiziki və geokimyəvi tədqiqatlar və əldə edilmiş nəticələr açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2019-cu il ərzində hesabat təqdim edilən vaxta qədər RSXM-nin seysmik stansiyaları tərəfindən 12 914 zəlzələ qeydə alınıb.

Məlumatda bildirilir ki, litosferdə gedən geodinamik proseslər nəticəsində hiss olunmayan və xırda zəlzələlərin daim baş verir. Qeydə alınmış zəlzələlərin 5298-nin yerli, 6748-nin isə regional zəlzələlərdir. Ümumiyyətlə, Azərbaycan ərazisində baş verən zəlzələlərdən 79-nun maqnitudası 3-dən yuxarı olan zəlzələlərdir.

Respublika ərazisində il ərzində 25 hiss olunan zəlzələ baş verib. Ən güclü zəlzələ isə 5 fevral 2019-cu il tarixində Şamaxı-İsmayıllı-Ağsu ərazisində qeydə alınıb. Həmin zəlzələnin maqnitudası 5.2 olub. Bununla yanaşı, il ərzində RSXM-nin seysmik stansiyaları tərəfindən 3 palçıq vulkanı püskürməsi qeydə alınıb ki, həmin püskürmənin ikisi (Quşçu vulkanı) Şamaxı-İsmayıllı-Ağsu zəlzələsindən sonra 5 fevral 2019-cu il tarixində, biri isə 13 fevral 2019-cu il tarixində qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.