Ölkə

Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir

16 Dekabr 2019 14:24
0 Şərh     Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Zavodun baş meneceri İmanverdi Həsənov deyib.

O deyib: "Bu gəmilərdən 4-ü tanker tipli, 2-i isə bərə gəmisidir. Tankerlərin birinin qiyməti 14 mln. dollar, "Ro-Pax" tipli gəmi-bərələrin qiyməti isə 41 mln. dollara başa gəlir".

İ.Həsənovun sözlərinə görə, gələcəkdə zavod digər ölkələr üçün də gəmi tikintisi həyata keçirə bilər.

O, həmçinin əlavə edib ki, hazırda zavodda 1 390 nəfərə yaxın yerli işçi, 200 nəfərə yaxın isə podratçı şirkətlərin xarici işçiləri çalışır: "Təxminən ümumi işçi qüvvəsinin 5%-i xaricilərdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.