Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə ön xətdə yerləşən "N" hərbi hissəsində hərbi qulluqçularla görüşüb, nahar süfrəsi arxasında söhbət edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu görüş onların yaddaşında həm səmimiliyi ilə, həm də mahiyyəti etibarilə hərbi xidmətə diqqət və qayğının təzahürü kimi qalacaq. "N" hərbi hissəsində nümunəvi xidməti ilə seçilən Əsgər İqor Rıskin də Müdafiə naziri ilə bu görüşü həmişə xoş duyğularla xatırlayacaqdır.
Əsgər İ. Rıskin Bakı şəhərində anadan olub. Aviasiya Akademiyasının məzunudur. Uçuş mühəndisliyi fakültəsini 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib. Aviasiya Akademiyasını ingilis dilində fərqlənmə diplomu ilə bitirməsi onun savadlılığına, söhbətləri, məntiqli, məzmunlu, rabitəli danışığı isə dünyagörüşünün genişliyinə dəlalət edir. "Göyləri sevirəm, pilot olacağam. Göyləri sevirəm, yeri-torpağı, Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram. Həm də ata-anamın, bacılarımın mənimlə qürurlanmasından da fəxr edirəm", - kəlmələri isə vətənsevərliyini təsdiqləyir.
Əsgər İ. Rıskinin Müdafiə naziri ilə görüşündən təəssüratları: "Məhz bu hərbi hissədə xidmət etməyim mənim taleyimdir. Taleyimdən, xarakterimdən, özümə məsuliyyətimdən razıyam ki, nümunəvi əsgər olmuşam. Nümunəvi əsgər olduğum üçün mənə nəsib olan qədərsiz könül xoşluğunu son nəfəsəcən unutmayacam. Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək, söhbətləşmək - bu duyğuları, - o anları necə yaşadığımı ifadə etməyə çətinlik çəkirəm. İndi də həmin yaddaqalan, xoş anların təsirindəyəm. Nə gizlədim, hərbi xidmətdən tərxis olunduqdan sonra təhsilimi davam etdirmək, daha mükəmməl biliyə yiyələnmək, mülki aviasiyada işləmək niyyətindəydim. Müdafiə nazirinin böyük sayğılarla "Bəlkə gələcəkdə hərbi xidmətini davam etdirəsən?" - təklifi mənim düşüncələrimi tərpətdi. Deyəsən, hərbçi olacam, mülki aviasiyanın deyil, hərbi aviasiyanın pilotu olacam".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





