Vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə həyata keçirilən islahatların daha da dərinləşdirilməsi nəticəsində dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, dövlət başçısı tərəfindən qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə iqtisadiyyatın inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə, o cümlədən əhalini narahat edən korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.
Belə ki, "Metakom" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi yekunlaşıb.
İstintaqla "Metakom" MMC-nin direktoru Şövkət Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyətin maliyyə vəziyyəti barədə bilərəkdən şişirdilmiş yalan məlumatlar göstərməklə və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə cəmiyyətin xeyrinə QSC "Bank Standard" KB-dən 3 milyon ABŞ dolları məbləğində kredit vəsaitini rəsmiləşdirərək təyinatı üzrə istifadə etməməsinə, 2007-ci ildən əldə etdiyi pul vəsaitini qəsdən ödəməməklə bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Ş.Quliyevə Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmuş və məhkəmənin qərarı ilə 7 milyon manat məbləğində əmlakı üzərinə həbs qoyulub.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması istiqamətində kəsərli tədbirlər davam etdirəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





