Ölkə

Evdən meyiti tapılan müəllimin ölüm səbəbi məlum oldu - TƏFƏRRÜAT

18 Noyabr 2019 18:29
0 Şərh     Baxış: 3 727
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəlilabad rayonunda kirayə yaşadığı evdən meyiti tapılan gənc müəllimin səbəbi məlum olub. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, Yardımlı rayon sakini, 1983-cü il təvəllüdlü Zəfər Şirzad oğlu Miriyevin ilkin ölüm səbəbinin pnevmoniya olduğu bildirilir. 

Qeyd edək ki, rayonun Maşlıq kənd orta məktəbində riyaziyyat müəllimi işləyən Z.Mİriyevin kirayə qaldığı evdə meyidi aşkar edilib. 

Məlumata görə, mərhumun atası oğluna dəfələrlə zəng etsə də, telefona cavab verməyib. Daha sonra atası ev sahibinə zəng vurub. Ev sahibi də müəllimi ölü vəziyyətdə aşkar edərək, müvafiq orqanlara məlumat verib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.