Ölkə

İstilik tariflərinin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA: "Hazırda hesablamalar aparılır"

14 Noyabr 2019 12:57
2 Şərh     Baxış: 2 393
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır: "Məncə, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz. Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Qurum rəsmisi, həmçinin tariflərin artırılması ilə bağlı məsələyə də münasibət bildirib:

"Hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək. Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.