Ölkə

Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır

13 Noyabr 2019 15:06
0 Şərh     Baxış: 1 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbulu 15, 16 və 17 noyabr 2019-cu il tarixlərində müvəqqəti olaraq dayandırılır.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, buna səbəb nostrifikasiya üzrə elektron ərizə sistemində təkmilləşdirmə işlərinin aparılmasıdır. Təkmilləşdirmə işlərinin aparılmasında məqsəd xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, müraciətlərə baxılması prosesinin sürətləndirilməsi və sistemin dayanıqlılığının təmin edilməsidir.

Qeyd edək ki, dövlət orqanları (qurumları) tərəfindən vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahədə yeni standartların tətbiq edilməsi, innovasiyalardan və müasir texnologiyalardan istifadənin genişləndirilməsi, habelə şəffaflığın artırılması kimi məsələlər dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.