Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" VI ümumrespublika bilik yarışı keçirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihədə bu il 49 ali təhsil müəssisəsinin komandaları iştirak edib.
Tədbirdə məlumat verilib ki, 2014-cü ildən etibarən hər il həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Builki yarış isə 12 noyabr - Konstitusiya Gününün qeyd olunduğu tarixdə keçirilir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ilin məhz bu günü ümumxalq səsverməsi ilə qəbul edilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin Konstitusiya Günü ilə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
Diqqətə çatdırılıb ki, "Heydər Əliyev və Azərbaycan tarixi" bilik yarışında iştirak edən komandalar hazırlıq məqsədilə oktyabrın 29-dan noyabrın 7-dək Mərkəzdəki Heydər Əliyev Muzeyini ziyarət edib, burada toplanmış məlumat və eksponatlar, foto və videomateriallarla tanış olublar.
Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
Bu il Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandasi ilk dəfə, Naxçıvan Dövlət Universitetinin komandası isə dördillik fasilədən sonra yenidən bilik yarışına qatılıb.
Bilik yarışında suallar ulu öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib.
Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.
Bilik yarışında Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandası birinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası ikinci, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası üçüncü yerlərə layiq görülüblər.
Qalib komandalar mükafatlandırılıb. Onlara diplom və medallar, qalib komandanın kapitanına kubok təqdim edilib.
Yarışın qalibi olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının komandasının kapitanı Bəxtiyar Əlizadə bu cür genişmiqyaslı bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib. Qeyd edib ki, Ulu Öndərin irsinin, tariximizin öyrənilməsi hər bir Azərbaycan vətəndaşının borcudur. "Heydər Əliyev və Azərbaycan tarixi" VI ümumrespublika bilik yarışında iştirak edən ali təhsil müəssisələrinin komandaları yüksək bilik nümayiş etdiriblər. Buna baxmayaraq, biz qələbə qazandıq. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllim-professor heyətini, kursantlarımızı və komandamızın üzvlərini təbrik edirəm.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





