Ölkə

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

11 Noyabr 2019 14:19
7 Şərh     Baxış: 10 939

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    * · 11 Noyabr 15:0690

    16-17 noyabr onsuzda hefte sonudur.5 gün olmur ki,3 gün olur.Az deyilmi,beyinleri yorgun şagirdlere.

    Cavab yaz
  • Anonim
    Aliya · 11 Noyabr 21:2850

    Her defe tetilleri subbota vixodnoya salirlar.onda niye iki gun daha uzatmirlar tetillerini? 5 gun olmur sxi..3 gun olur cemi.6-7 gunler onsuzda evdedirler

    Cavab yaz
  • Anonim
    Elmar · 11 Noyabr 23:2570

    Çox yazigim gelir bu uşaglara . Belede ders olar? Hele ibtidai sinifler körpe uşagdi hamisi hedinnen artig yuklenirler uşaglarin heyati dersden ibaret olum uşagliglarin doya doya yaşamirlar. Oglum 4cu sinifde oxuyur bizim mellime elavede ders verir uşaga yaizigim gelir hele 6 bazara o qeder tapşirig verir birinci gune gucnen qurtarir(( Allah butun balalari qorusun yollari, zehinleri hemişe açıg olsun çekti eziyetlerin neticesin görsunler inşAllah

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Noyabr 09:2270

    5 gün diyil 3 gün bunu hec olmasa heftenin sonuna qeder edinde usaqlar 1 ci gün getsinler mektebe .Bizim sinfin usaqlari deyirdi eee hemise kas 9 ay tetil olsun 3 ay ders.Gah da deyirdiler bir bomba düşseydi mektebe o qedeeer dediler bir defe mektebimiz yanmisdi bufetden alisdi gecdi binaya gelib sondurmusduler.))

    Cavab yaz
  • Anonim
    Murad · 12 Noyabr 10:1840

    yenə həmişəki kimi altı bazardan başlayır day bunun harası 5 gündür, utanmirlar eeeeeeeee

    Cavab yaz
  • Anonim
    millət · 12 Noyabr 10:4640

    desinlər 3 gün bilək işimizi. aldatma və aldanma bağçadan başlayır!

    Cavab yaz
  • Anonim
    XXX · 12 Noyabr 11:3510

    Maraqlıdı buna kim və necə qərar verir? 6-cı və bazar günləri onsuzda uşaqların istirahət günüdür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.