Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

11 Noyabr 2019 14:19

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

Milli.Az