Bakıda auksionda ən bahalı əsər 20 min 50 manata satıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Mədəniyyət Nazirliyi, "Auction Baku" MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Hilton Baku" hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirilib.
Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.
Hərraca Akif Əsgərovun "Atlar", Mahmud Rüstəmovun "Qadın müxtəlif əhvalda" silsiləsindən "Kompozisiya", Fərəh Əliyevanın "Santa 1919-cu il", "Kraliça", Pərviz Hüseynov və İrina Qundorinanın "Kraliça Viktoriya", Vüqar Muradovun "Gülüş", "Payızda-yaz", Namiq Məmmədovun "Mələklərin səhər yeməyi", "Bolluq", Vüqar Əlinin "Karvan" və İlham Mirzəyevin "Antik büst - qızılı fonda" əsərləri çıxarılmışdı.
Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev auksionun əhəmiyyətini yüksək qiymətləndirdi: "Azərbaycanda yeni yaradıcılıq sənayesi formalaşmağa başlayır. Bu, əl işlərindən tutmuş rəqslərə qədər incəsənətin bütün sahələrini əhatə edir. İncəsənət əsərlərinin auksionu artıq ikinci dəfə keçirilir. Düşünürəm ki, bu, çox yaxşı ənənədir. Auksion vasitəsilə vətəndaşlarımızda yeni vərdişlər formalaşdırmaq niyyətindəyik. Ümidvaram ki, bu ənənə gələcəkdə də davam etdiriləcək".
Əbülfəs Qarayev onu da bildirdi ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.
Daha sonra hərracın ilk çəkici vuruldu və satışa çıxarılan əsərlər elan edildi.
Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış "Qadın müxtəlif əhvallarda" əsəri 5610 manata satılıb. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış "Atlar" əsəri 20 050 manata alıcısını tapıb. Budəfəki auksionda ümumilikdə 2 lot satılıb. Ən bahalı lot A.Əsgərovun "Atlar" əsəri olub. Əsəri iş adamı İsgəndər Xəlilov satın alıb.
Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilkin qiymətləri 2500-20000 manat arasında təyin olunmuşdu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





