Ölkə

Son günlər artan qadın qətllərinin ƏSL SƏBƏBLƏRİ BUNLAR İMİŞ

16 Oktyabr 2019 19:34
20 Şərh     Baxış: 2 769

Son günlər qadın qətlləri, onların uşaqların gözü qarşısında qadınların amansızlıqla öldürülməsi ilə bağlı xəbərlərin sayı durmadan artır. Ən dəhşətlisi isə bunun uşaq psixologiyasında dərin izlər buraxaraq, onların gələcək həyatlarını qarabaqara izləməsi olur. Bəzən nadir baş verən hadisələrə susmaq qınanılmasa da, son törədilənlər bu işin məcrasından, haşiyəsindən çıxdığını gösərir. Bu isə cəmiyyət üçün artıq narahatedici hal şəklinə çevrilməlidir. Bəzən kiçik məsələlərə maya vurub şişirdən, onlara kəskin reaksiya verənlər, çox təəssüf ki, qadın zorakılığı məsələlərini hələ də qıraqdan tamaşaçı kimi seyr etməyə üstünlük verir. Bəziləri isə "Yaxşı at özünə qamçı vurdurmaz" atalar məsəlinə əsaslanaraq, hətta öldürənə haqq qazandırırlar. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana iştirakı ilə də baş verir. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bəs görəsən kimdir günahkar ölən ya öldürən?

Milli.Az xəbər verir ki, "ölkə.az" bu məsələ ilə bağlı araşdırma apararaq ölkənin müxtəlif sahələrində çalışan tanınmış simalara üz tutub.

Deputat Aytən Mustafayevanın sözlərinə görə, son dövrlərdə ailə zorakılığı çox artıb, insanlar isə soyuqqanlı olublar:

Deputat:

"Bir neçə gün əvvəl "Avtovağzal" metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qarşısında arvadını bıçaqlayıb. Ətrafdakılar prosesə müdaxilə edib, buna imkan verməmək əvəzinə, hərə əlinə bir telefon alaraq hadisəni lentə alıb. Bu hadisə də uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın",- deyə deputat keçirilən plenar iclasda fikir bildirib.

"Təmiz Dünya" İB- nin sədri Mehriban Zeynalova açıqlamasında bildirib ki, bu kimi vəziyyətlər kişinin qadını öz malı kimi, bir əşya kimi görməsindən irəli gəlir:

Image result for Mehriban Zeynalova

"Bunun ən böyük səbəbi kişilərin qadını ona mənsub olan əmlak kimi görməsidir. Bir çox hallarda səbəb kişinin ailəni özünün mal varlığı sayıb hegemonluq etməsidir. Ən dəhşətlisi isə həmin insanlar uşaqlara da əşya kimi baxırlar. Bir gün onun qanunları keçmirsə, ən asan yolu-qətli seçirlər. Onlar emosialarını idarə edə bilmirlər və çox zaman uşaqların gözü qarşısında ananı qətlə yetirirlər."

M. Zeynalova əsas səbəblərdən birinin yenə də sosial problemlər və insan davranışının pozğunluğu olduğunu da vurğulayıb.

"Bunun kökündə həm sosial problemlər, həm də davranış pozğunluğu durur. Bu iki problem bir- biri ilə əlaqəlidir, bunları birini-digərindən ayırmaq qeyri-mümkündür. Bunu da qeyd etmək lazımdır ki, səbəblərdən biri də gender rollarının dəyişməsinə etirazdır. Ancaq bir məsələni də dana bilmərik ki, burada əsas psixoloji amillər, şübhələr, müdaxilələr də rol oynayır. 

Zeynalova son zamanlar sosial şəbəkələrdə müzakirə olan əsas səbəbdən- öldürənə haqq qazandırmaqdan da danışıb.

"Heç bir vəziyyətdə öldürənə haqq qazandırmaq olmaz. Öldürmək üçün heç bir səbəb ola bilməz. Məlumatı oldu-olmadı bəziləri insan haqqlarından danışır. Deyir qadın hüquqları yox, insan haqqları var. Əgər belədirsə, zəhmət çəkib insan kimi davransınlar",- deyə o, fikrini tamamlayıb.

Millət vəkili Fazil Mustafa isə "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bu kimi halların çoxalmasını savadsızlıqla əlaqələndirib.

Image result for fazil Musafa

"Bu birbaşa ölkədə savadın, mədəniyyət səviyyəsinin aşağı olması ilə bağlıdır. Təhsil zəiflədikcə, savadsız insanların sayı artır və bu da mədəniyyət səviyyəsinə birbaşa təsir edir. Əgər sosial problemlərə qalsaydı, dünyada qat-qat aşağı səviyyədə olan dövlətlər var. Onda onlar bir-birlərini öldürüb, bitirərdilər.

Çox ailələrdə qız uşaqlarını elə doğum evində öldürürlər, abort edib məhv edirlər. Mənim fikrimcə vəhşilik, zorakılıq birinci elə oradan başlayır. Bu, məsələnin özünü araşdırıb tapmaq lazımdır ki, insanlar niyə özləri belə naşükür davranırlar.  Bu da son zamanlar baş verən qətl hadisələrinin təzahürüdür.

Fikrimcə ölkədə elmin, təhsilin səviyyəsini artırmaq lazimdir. Xüsusən, qadınları kütləvi şəkildə təhsil proqramına cəlb etməliyik. Onların iqtisadi müstəqilliyini təmin edəcək şəkildə hazırlıqlı olmalarına nail olmaq lazımdır. Onda ailə sütunu da daha möhkəm olacaq".

Deputat uşaqların bu hadisələrdən aldıqları psixoloji durumdan da danışıb.

"Uşaqlar da bu zorakılıq mühitində böyüdükdə, sabah özü valideyn olanda da həmin gördükləri hərəkətləri sərgiləyirlər. Ona görə, uşaqlarla bağlı bu məsələlərə ciddi yanaşmaqla, gələcəkdə yaşana biləcək bir çox faciənin qarşısını ala bilərik".

F. Mustafa xəyanətin qətl üçün motiv olmamasını da bildirib:

"Əgər xəyanətə görə, adam öldürmək olsa idi, onda Azərbaycanda kişi qalmazdı. Çünki kişilər qadınlardan daha çox xəyanət edir. Yenə də qeyd edirəm, bu münasibətlərin qurulmasında da mədəni davranış, ailə təməlinin düzgün qurulmaması durur. Əgər ailədə güvən olmasa o proses onsuz da xəyanətlə bitəcək",- deyə fikrini tamamlayıb.

Bəs dində bu məsələ necədir? İslam dinində öldürməyə haqq qazandıran hansısa bir səbəb varmı? Xəyanət, itaətkarsızlıq və ya öhdəsinə düşən vəzifəni yerinə yetirməmək...

Bu sualla ilahiyyatçı Elşad Miriyə də müraciət etdik: O, açıqlamasında bunları qeyd etdi:

Image result for Elşad Miri

"Qətl etmək üçün heç bir səbəb yoxdur, ola da bilməz. Dində heç bir motivlə adam öldürmək halal sayılmır. İstər xəyanət və ya digər səbəb olsun, özünü müdafiədən başqa bir səbəblə insan öldürmək  dinimizdə haramdır. Yəni Allah-Təala bunu insanlara haram buyurub. Əgər xəyanətə görə, insan öldürülsəydi yer üzünə xaos hökm sürərdi",- deyə bildirib.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynovun fikrincə isə qadın hüquqları cəmiyyət tərəfindən yanlış anlaşılır:

mireli-huseynov-11

"Son dövrlər qadınlara qarşı zorakılıq faktlarının artması qadın hüquqlarının daha ciddi şəkildə qorunmasının və onlara münasibətdə daha həssas yanaşmanın vacibliyini bir daha ortaya qoymuş oldu. Qanunvericiliyin hamının qanun qarşısında bərabərliyi prinsipini müəyyən etdiyi halda qadınlara imtiyazların verilməsi əleyhdarları bunu bəzi hallarda ayrı-seçkilik və yaxud belə ayrı-seçkiliyə heç bir zərurətin olmaması kimi qiymətləndirirlər. Digər yanaşma isə bundan ibarətdir ki, tərəflər bərabər hüquqludursa, bərabərdə vəzifələr daşımalıdırlar. Məsələn qadınlarda kişilərlə bərabər hərbi mükəlləfiyyətli olmalı, istehsalatın bütün sahələrində kişilərlə bərabər çalışmalıdırlar. Bunlar tamamilə yanlış yanaşmalardır. Qadınlara münasibətdə pozitiv diskriminasiya hər şeydən əvvəl onların bioloji/fizioloji xüsusiyyətindən irəli gəlir. Bu xüsusiyyəti nəzərə alaraq qanunvericilik onları uyğun hesab edilməyən fəaliyyətlərə cəlbindən və sui-istifadəndən qorumağı zəruri hesab edir. Məsələn, əmək qanunvericiliyi yeniyetmələrə və qadınlara müəyyən çəkidən artıq yük qaldırmağı/daşımağı və s. ağır əmək fəaliyyətini qadağan edir. Bu cür məhdudiyyətlər və ya güzəştlər olmasa işəgötürən və ya kişi işçi həmkarı qadını/yeniyetməni onun fiziki/bioloji imkanlarına cavab verməyən işləri görməyə məcbur edə bilər. Xatırlayıram ki, sovet dövründə üzüm tarlalarında qadınlar da kişilərlə bərabər beton stolbalar daşımağa cəlb olunurdular. Bu onların fiziki durumuna və analıq funksiyalarına əhəmiyyətli dərəcədə pis təsir edir və çoxlu fəsadlar yaradırdı. Cinayət əməlində isə əməlin cins fərqi olmadan kimin tərəfindən və ya kimə qarşı törədilməsinin heç bir fərqi yoxdur. Ən yaxşı halda qadın amili ağırlaşdırıcı və ya yüngülləşdirici hal kimi nəzərdən keçirilir. Qadın döyülürsə, bu adam döymədir, öldürülürsə, adam öldürmədir. Qanunvericilikdə qadınlara qarşı zorakılıq, məişət zorakılığı kimi qanunziddi əməllər nəzərdə tutulmamışdır. Bu cür terminlərdən daha çox qeyri-hüquqi ritorika kimi istifadə olunur. Sadəcə qadınlar zərif cins olaraq zorakılığa daha çox məruz qaldıqlarından və daha çox risk daşıyıcıları olduğundan onlara qarşı zorakılığı cəmiyyət sıradan bir kriminal akt deyil, qadına qarşı əməl kimi qiymətləndirir",- deyə o, sosial şəbəkədə öz fikirlərini qeyd edib.

Milli.Az

loading...

Şərh yaz:

20 Şərh:

  • Anonim
    asi · 16 Oktyabr 19:48216

    Hörmətli ekspertlər, xüsusən də millət vəkilləri, Azərbaycanda qadın zorakılığının qarşısını almaq üçün Azırbaycan kişisinə başqa mühit yaratmaq lazımdır..Azərbaycan kişisi baş kəsmək, adam öldürmək istəyir, görünən odur..Ən uyğun variant müharibədir..Başlayın müharibəni, Azərbaycan kişisini də yığın ora.. Gedib nə qədər istəyirlər qan töksünlər, baş kəssinlər, göz çıxartsınlar..Beləliklə də qaynar qanları soyusun, gözlərinin qurdu ölsün, hirsləri soyusun..

    Cavab yaz
    • Anonim
      & · 16 Oktyabr 21:03102

      Tamamilə doğrudur. Əgər bundan öncəki bu qəbildən olan yazıların şərh bölməsinə baxsanız “Səfərbərlik” çağırışı etmişəm. Müharibə olmasa vəziyyət düzəlməyəcək.

      Cavab yaz
      • Anonim
        asi · 16 Oktyabr 22:0162

        Elədir..Müharibə insanlara bir birlərini sevməyi yenidən öyrədər..Qəddar, cani ruhlu insanlar hər dövlətdə var..Onları aşkar edib atmaq lazımdır ermənin önünə..Canları çıxıb ölüm-dirim mücadiləsi aparsın, istədiyi qədər qəddarlıq etsin..Qızına təcavüz edəni içəridə saxlayıb yenə tulladılar küçəyə..Çıxıb gəlinini öldürdü..Onun kimiləri türmə düzəltməz, ancaq güllə düzəldər..Bizdə ölüm hökmü olmasa da, öldürən cəbhə boyu doludu..

        Cavab yaz
    • Anonim
      Asiyə · 16 Oktyabr 21:15132

      Bu gün qadına əl qaldıran kişicik müharibə olsa birinci qaçıb gizlənəcək. Çünki belələri öz gücünü ancaq qadın üstündə sınayır.

      Cavab yaz
      • Anonim
        asi · 16 Oktyabr 21:5062

        Elə kişiləri məcbur şəkildə ölümlə üz-üzə qoymaq lazımdır..Onlar başa düşməlidirlər ki, bir dəqiqəlik hirslərinə hakim ola bilməyib can aldıqları kimi onlar üçün d həyat və ya ölüm an məsələsidi..Bir elə yolunu azmışı tutub türməyə yığmağın kimə nə faydası var ki??.. tay da ikiqat ağıllarını itirib çıxır 5-10 ildən sonra..

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 16 Oktyabr 19:5666

    Fazil Mustafanın bir çox fikrinə qatılıram.Sonda,bəyin qeyd etdiyi bir məsələ isə tam ürəyimcə oldu.Məqalə elə başlığı ilə cinsi ayrı seçkiliyə rəvac verir.Qanunvericilik isə elə tam da burda,bu başlıqdakı ilə ziddiyyət təşkil edir.Həm ayrı seçkilik yoxdur deyir,həm də qadının fiziki gücündən,istifadəsindən danışır...Mənim fikrimcə isə,bu hadisələrə ən böyük səbəb elə medianın özüdür.Şübhə toxumunu elə onlar əkir qarşı cinsin beyninə.Sonra da şişirdərək anons edir.Reyting yığır,müzakirə predmetinə çevirir...

    Cavab yaz
    • Anonim
      Teoli · 16 Oktyabr 20:4283

      Asi adiyla yazan.super fikir yurutduz.Yaman qizishiblar kishicikler.bezileri.mecburi muharibe getsinler agillari baslarina gelsin.

      Cavab yaz
    • Anonim
      asi · 16 Oktyabr 20:5582

      Əsi, tam da elə bu fikirlərdə qərəzlilik yaranır..Qadın ölümü insan ölümüdür, qadın da insandır..Amma qadın insan olduğu üçün yox, qadın olduğu üçün öldürülür..Bacını namus üstə öldürən qardaş qardaşını öldürməz namus üstə..Arvadını öldürən, özünü öldürməz..Insan cins fərqi olmadan insandırsa və namus anlayışı üstə qətl törətmək varsa, kişi niyə öz namusunun cvbını vermir?? Xəyanət edəndən sonra arvad da kişini öldürsün..Amma öldürmür..Bizim diyarda qadınların haqq və imtiyaz sarıdan kişilərə çatmasına əsr lazımdı..

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 16 Oktyabr 21:1652

        Doğru.İnan əsrlərdir bu döngü elə bu cür də davam edir.Gender bərabərliyi ancaq sözdədir...Yuxarıdakı şərhin isə düşündürdü,cəbhəyə gedənlərin içində o namus davası ilə yoldaşlarını övladlarının gözünün önündə qətl edənlər olacaqmı görəsən??Qeyrətləri,gücləri çatacaq düşmənlə üz üzə gəlməyə??

        Cavab yaz
        • Anonim
          asi · 16 Oktyabr 21:3242

          Olmalıdır, hətta məcburi şəkildə..Hərdən fikirləşirəm ki, bəzi yüngül cinayətlərin cəzası kimi il yarım türməyə salmaqdansa, ikinci dəfə məcburu əsgərlik çəkdirsinlər, çətin şəraitdə..Türmədən çəkinməyib cinayət edənlər əsgərlik qirxusundan cinayətdən vaz keçərlər..Artıq bəzi işlərin ənənəvi cəza metodu insanlara təsir etmir, qorxutmur, yenilik etmək lazımdı..

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 16 Oktyabr 22:0212

            Yaxşı təklifdi.Boş boş yatdıqlarına,cinayətkarları bəsləyib,camaata qənim kəsilməsinə şərait yaratmaq yerinə elə də etsinlər...

            Cavab yaz
  • Anonim
    & · 16 Oktyabr 21:0892

    Qadının yanında özünü “pəhləvan, yenilməz sərkərdə” sayanlar görək erməninin qarşısında nə edəcəklər. Belələri ....”...şaqqulu bayquş gətirdi” məsəlinə dönəcəklər

    Cavab yaz
  • Anonim
    Haci xanim · 16 Oktyabr 21:2762

    Kash ki, mekteblerde heyat dersi, insanliq dersi deyilen bir saat da ayiraydilar.Usaqlar elm oyrendikleri kimi, qadinin da, kisinin de eyni huquqlari olduqlarini beyinlerine yazib oyrensinler.Hele de kisiler isteyirler ki, ozleri heyatlarini rahat gezmekle, azad hereketler etmekle yasasinlar, amma qadinlar eyni seyi etdikde namus bunlarin beyinleride bunlari kisi edir.Sanki, qadin ancaq bunlara koledi.En adil qerarlar o zaman olar ki, kim basqasina hansi zulumu edirse, eynisini onun ozune de etsinler.Gorun onda bu canavar kesilen kisicikler nece cuceye donurler.Namus isteyen once ozu namuslu olsun.

    Cavab yaz
  • Anonim
    Uzaq · 16 Oktyabr 21:29112

    Müharibəyə kişilər gedər. Qadını öldürən,utanmazcasına ona şər atan,uşaqları yetim qoyan vicdansızlar nə vaxtdan kişi olublar?Elələri müharibəyə getməmək üçün nəyə desən əl atarlar,məcburi göndərilsələr belə satqınlıq edərlər.Kiçicik ailəsini qoruya bilməyən Vətənimi qoruyacaq?

    Cavab yaz
  • Anonim
    Romka · 16 Oktyabr 21:3028

    Muharibe olsun qadinlarda dahada azad olub min hoqqadan cixsinlar. Son zamanlar biabirciliqlardi kimnen tanish olursan hamsi evli qadinlardi. Neticede xeyanet var. Duzdu hamsini shamil etmirem manyak erlerde coxdu

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 16 Oktyabr 21:5792

      Öz qadınına qıymadığı qayğını,xalxın qadınlarına göstərənlər,öz qadınına qıymadığı bahalı hədiyyələri kənar qadınlara alan,öz qadınına ayırmadığı vaxtı başqa qadınlara ayıran kişilərin hamısının boğazları üzülsün,haqq deyək!!Döyüb,söyüb,təhqir edən,uşaqları ilə qorxuzub boşanmayan kişiciyəzlərin boğazları üzülsün,haqq deyək!!İçib şellənənlər,nəşələnib hellənənlər,ata ana sözüylə qadınını əzənlərin boğazları üzülsün,haqq deyək...Evli qadınlarla münasibət quran evli kişilərin,subay oğlanların boğazları üzülsün haqq deyək...Anasını,bacısını unudan kişiciyəzlər,özünü də dünyaya gətirənin qadın olduğunu unudanlar..Say say qortarmaz,bəy...Qadın,kişi,fərq eləmir.Zina,zinadır.Zülmdə,zülm...Din desəniz dində,qanun desəniz qanunda bu belədir...Kişi ikinci qadını almaq istəyirsə,mədəni şəkildə boşansın,haqqa girməsin.Yox əgər zina edirsə,xəyanət edirsə deməli onunda boğazı üzülməlidir!!!

      Cavab yaz
      • Anonim
        ƏSİ-yə · 17 Oktyabr 03:0222

        Siz bəy deyə müraciət edirsiniz bu sizin böyüklüyünüzdür, amma hər “kişi” adı ilə mənasız şərh yazana bəy demək olmaz! Unutmaq olmazki tələb olmasa təklif də bu qədər artmaz. Yəni pozğunluğu, ləyaqətsizliyi yaradanlar da elə kişilərdir. Qadınlar kişilərdən daha qeyrətlidir. Qadın müəssisə, idarə rəhbəri olduğu iş yerləri bunun bariz nümunəsidir

        Cavab yaz
  • Anonim
    Sinir · 17 Oktyabr 00:4200

    Qadın zorakılığının artma səbəblərinə biridə sevmədən ailə qurmaqdır. Məsələn oğlanlara ana ataları imkan vermirlərki sevdiyi qızla evlənməyə,qızlarada həmçinin. Sevmədiyi adamın adihərəkəti onu qıcıqlandırır. Təəssüfki heç bir ekspert məsələnin bu tərəfinə toxunmadan fikir yürüdüb.

    Cavab yaz
  • Anonim
    User · 17 Oktyabr 07:36110

    Arvadlar analar süpürgeler günahı özünüzde axtarın.

    Cavab yaz
  • Anonim
    M · 17 Oktyabr 12:0000

    hamınız eynisiz,eyni problemsiz,öldürmek,asmaq,kesmek,evez çıxmaq,qisas almaq,intiqam ve s. men de onu deyirem ki cemiyyetin problemi hamını birleşdiren problemdi.problem de eynidi,problemin sebebi de.sizi birleşdiren şeyleri gözden keçirin.cemiyyet unitardı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.