Ölkə

Şamaxıda 3 yaşlı uşaq xlorofos içdi, təcili Bakıya gətirildi

14 Oktyabr 2019 10:27
0 Şərh     Baxış: 1 689
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şamaxıda 3 yaşlı uşaq kimyəvi məhlul içib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında baş verib. 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu evdə anasının mal-qaranı dezinfeksiya etmək üçün hazırladığı xlorofos məhlulunu içib.

Uşaq təcili olaraq Bakıya, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə açıqlamasında bildirib ki, uşağın vəziyyəti həddindən artıq ağırdır: "Hazırda tibbi heyət problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.