Ölkə

Ölüm xəbəri yayılan Maral Tahirqızı: "Həmin qəzada heç tüküm də tərpənmədi" - YENİLƏNİB

1 Oktyabr 2019 11:36
20 Şərh     Baxış: 8 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:36

Müğənni Maral Tahirqızının (Gülməmmədova Maral Tahir qızı) ölüm xəbəri yayılıb.

Milli.Az bildirir ki, unikal.org-a açıqlama verən müğənni belə bir xəbərə təəccüblənib:

"Bu, nə ilə bağlıdır bilmirəm. Bu məlumat yalandır. Mən sağam, ölməmişəm. Mən bu zamana qədər yalnız bir dəfə, keçən il ağır qəza keçirmişəm. Həmin qəzada heç tüküm də tərpənmədi. Ondan sonra maşınımı da saatdım. İndi mənim avtomobilim yoxdur. Bu yalanı məni istəməyənlər yayıb."

----------
10:46

Müğənni Maral Tahirqızının (Gülməmmədova Maral Tahir qızı) ölüm xəbəri yayılıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, M.Tahirqızı bu gün səhər saatlarında yol qəzasında dünyasını dəyişib.

Qeyd edək ki, Maral Tahir qızı 2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin oktyabrında azadlığa çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.