Ölkə

Azərbaycanda ən yüksək maaş verilən sahələr açıqlandı

25 Sentyabr 2019 20:29
0 Şərh     Baxış: 4 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq 819,4 manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.