Məktəbli formaları ilə bağlı xəbərdarlıq - Alanda diqqətli olun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxtda məktəbli formalarının saxta variantlarının satışına başlanılıb.
Milli.Az bildirir ki, bu barədə məlumatı Sputnik Azərbaycan-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov verib. O bildirib ki, hər tədris ili öncəsi fəallaşan işbazlar bu il də BTE-nin istehsal etdiyi məktəbli formalarının saxta variantlarını satışa çıxarıblar: "Bir neçə ünvanda bizim istehsal etdiyimiz məktəbli formalarının saxtalarının hazırlanması faktını aşkarladıqdan sonra rəsmi şəkildə məktubla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti, İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik.
Hələ ki saxta məktəbli formalarının satışı kütləvi xarakter daşımasa da, belə hallar aşkarlandıqca biz aidiyyatı qurumlara məktub göndəririk ki, saxta məktəbli formalarının satışının qarşısı alınsın".
E. Əzimov deyib ki, saxta məktəbli formaları keyfiyyətinə görə kəskin fərqlənir: "Biz məktəbli formalarının istehsalı üçün parçanı Türkiyədən gətiririk. Amma saxta variantını hazırlayan sexlər formanın ucuz başa gəlməsi üçün sintetik liflərdən hazırlanmış parçalardan istifadə edirlər. Belə məktəbli formaları dəri ilə təmasda böyüməkdə olan uşaq orqanizmi üçün ciddi ziyandır. Məktəbli forması elə bir geyimdir ki, ilin on ayı şagirdin əynində olur. Sintetik liflərdən hazırlanan parçalar nə çöldən içəri, nə də içəridən çölə havanın işləməsinə imkan verir. Bu isə orqanizm üçün təhlükəlidir. Üstəlik, bu parçaların boyanmasında kimyəvi maddələrdən istifadə edilir. Ona görə də məktəbli forması bir dəfə yuyulduqdan sonra rəngi bozarır, ətək və balaq hissələri əyilir. Valideynlər bəzən bu formalarla bizim üstümüzə gəlirlər ki, sizin istehsal etdiyiniz mal zay çıxıb. Araşdırdıqda məlum olur ki, üzərində BTE-nin emblemi olsa da, məhsul bizim istehsal deyil. Ona görə də bu cür saxta formalar 20 manata təklif olunur. Valideynlər qiymətinə aldanıb alsalar da, uşaq bir-iki dəfə geyindikdən sonra yenisini almalı olurlar".
Fəridə nəhayət məktəbə gedəcək - Sputnik Azərbaycan-ın aksiyasının ilk hissəsi başa çatıb>>
Şöbə rəisi tədris ili öncəsi məktəbli formalarının saxta variantlarının iri ticarət mərkəzlərində də satıldığını söyləyib. O bildirib ki, saxta məktəbli formalarının satışının qarşısını almaq üçün Bakı Tikiş Evi bu il də məktəbli forması satışını müxtəlif ünvanlardakı öz rəsmi mağazalarında təşkil edəcək. E. Əzimovun fikrincə, bu, qiymət sahəsində özbaşınalığın qarşısının alınmasında da rol oynayır: "Bizim mağazalarda məktəbli formalarının qiyməti dəyişmir. BTE tərəfindən qoyulan qiymətlə satılır. Bu tədris ili də qiymətdə dəyişiklik etmək fikrimiz yoxdur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
amran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
amran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi





