Ölkə

Azərbaycanda növbəti mikroavtobus qəzası - Yaralılar var

16 İyul 2019 11:34
0 Şərh     Baxış: 3 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.

Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən "Ford" markalı sərnişin mikroavtobusu "Opel" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər - Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlü Mayılova Səbinə Nüsrət qızı xəsarət alıb. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.