Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 9-da Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü "Kiçik və Orta Biznesin Dostu" - "KOB Dostu" fəaliyyətə başlayıb.
Milli.Az bildirir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, "KOB Dostu" mexanizmi Agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və 2018-ci ilin sentyabrından etibarən tətbiq olunur. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir. Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən Orxan Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları "KOB Dostu" ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini bildirib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini, bölgələrdə bütün sahələrin, o cümlədən sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd olunub ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk "KOB Dostu" sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır.
Sonra "KOB Dostu" konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Tədbir iştirakçıları həmçinin, Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində "KOB Dostu" ofisi ilə tanış olublar. "KOB Dostu" ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada "KOB könüllüləri" də fəaliyyət göstərir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq





