Ölkə

Sabahdan Bakıda havanın temperaturu enəcək

25 İyun 2019 17:25
3 Şərh     Baxış: 3 466
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakını və Abşeron yarımadasını kəskin istilərdən "xilas" edən arabir güclənən şimal küləyi iyunun 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq.

U.Tağıyeva qeyd edib ki, növbəti isti günlərin iyunun 28-29-da olacağı gözlənilir.

İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək. İlkin proqnoza görə, iyul ayının ilk günləri nisbətən sərin keçəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.