Ölkə

“Mango” müştəriləri aldadır? - “49 yazıb, kassada 79 manat aldılar”

13 İyun 2019 16:05
5 Şərh     Baxış: 3 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Etiketin üstünə 49.9 yazılmışdı, kassada 79 manat olduğunu öyrəndim".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Hüsniyə Cavadzadə adlı istifadəçi sosial şəbəkədə "Mango" geyim markasından şikayətində yazıb. Bildirib ki, mağazalar şəbəkəsində 50%-dən endirim olduğu üçün alış-verişə gedib. Bu zaman hər birinin üzərində qiyməti 49.99 yazılmış şalvar və köynək seçib.

Lakin kassaya yaxınlaşdığı zaman ona qiymətlərin fərqli olduğu bildirilib".

"Köynək 85 AZN-dən 79 AZN-ə düşüb, şalvar isə 59 AZN-də qalıb. Təsəvvür edin ki, belə qiymət səhvi olan onlarla paltar var. Mənim də 2 saat vaxtım boşuna getdi".

Şikayətçi sonda mağazanın məhsul şəxsinə yaxınlaşıb və ona qiymətlərin həqiqətən səhv vurulduğunu bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.