Ölkə

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir - VİDEO

26 Mart 2019 11:37
0 Şərh     Baxış: 2 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyi mətbuat katibi Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, hazırda Dakar dairəsində hərəkət normaldır: "Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahat şəkildə dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Qara Qarayev prospektinin B.Nuriyev küçəsi ilə kəsişməsinədək yolda da hərəkət normaldır".

O əlavə edib ki, Dakar dairəsindən metronun "Qara Qarayev" stansiyası istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, bundan əvvəl Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir - 1

Qara Qarayev prospekti istiqamətində avtobuslar marşrut xətti üzrə hərəkət edir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.