Dünya

Ərdoğan niyə Makronun barmağından tutmuşdu? - SƏBƏB - VİDEO

19 May 2025 10:57
Baxış: 1 574
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Albaniyada keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısında Türkiyə Prezidenti Ərdoğanla Fransa prezidenti Makronun əl sıxması anı sosial mediada trend mövzusu olub.

Milli.Az xəbər verir ki, görüntülərdə Ərdoğanın uzun müddət Makronun barmağını buraxmaması diqqət çəkib.

Hətta Fransa prezidenti barmağını bir neçə saniyə Ərdoğanın əlindən xilas etməyə etməyə çalışaraq dartınsa da, buna nail ola bilməyib. Nəticədə Ərdoğan bir müddət Makronun barmağını buraxmayıb, bundan sonra tərcüməçi vasitəsilə ona nəsə deyib.

Bəzi siyasi ekspertlərin fikrincə, Ərdoğan Makronun onun çiynini sığallayıb diplomatik üstünlüyünü bəyan etməsinin qarşısını almaq üçün onun barmağını tutub.

Türkiyə mətbuatı yazır ki, Ərdoğan məhz bu məqsədlə Fransa prezidentinə tanış tərzdə onun çiyninə vurmağa imkan verməyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.