Ölkə

Bakıda bir nəfər 9 ədəd qaşığı necə udub? - təfərrüat - VİDEO

19 May 2025 22:54
Baxış: 2 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

22:54

Bakıda bir nəfərin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib. Məlumata görə, saat  01:00 radələrində Şəhər Klinik Xəstəxanalarından birinə  bir neçə metal qaşıq udan şəxs barədə təcili tibbi yardım üçün müraciət olunub. Buna qədər isə xəstənin vəziyyətinə görə, o bir neçə tibb müəssisəsi tərəfindən qəbul edilməyib.

Endotraxeal anesteziya altında aparılan və təxminən 4 saat davam edən prosedur zamanı pasiyentin udduğu, iki hissəyə bölünmüş ümumilikdə 9 ədəd 18 parça metal qaşıq təhlükəsiz şəkildə çıxarılıb.

Bildirilir ki, Mətləb Bədəlov psixiatriya xəstəxanasında müalicə alırmış və elə qaşıqları da orada olarkən udub.

O da bildirilib ki, hazırda pasiyent reanimasiya şöbəsində nəzarət altındadır və vəziyyəti stabildir.

Videomaterialı təqdim edirik. 

-----------
10:18


Bakıda bir nəfər 9 ədəd qaşıq udub.

Milli.Az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Bakı Sağlamlıq Mərkəzinə çatdırılan pasiyentə dərhal tibbi müdaxilə olunub.

Məlumata görə, xəstə 9 ədəd metal qaşığı udub. Həkimlər tərəfindən həyata keçirilən əməliyyat uğurla başa çatıb.

Hazırda pasiyentin vəziyyəti stabildir və reanimasiya şöbəsində nəzarətdə saxlanılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.