Xəbər verdiyimiz kimi, dünən Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.
Milli.Az xəbər verir ki, son olaraq "Kayserispor"u öz meydanında qəbul edən "Qalatasaray" 3:0 qalib gələrək, sona iki tur qalmış 25-ci dəfə Türkiyə çempionu olub.
İstanbul təmsilçisinin bu uğuru Bakıda da böyük sevinc və coşqu ilə qarşılanıb.
Azarkeşlər gecə saatlarında şəhərin mərkəzi küçələrində bayram abu-havası yaradaraq komandanın nailiyyətini qeyd ediblər.
Qeyd edək ki, bu, "Qalatasaray"ın ardıcıl üçüncü, ümumilikdə isə 25-ci Türkiyə çempionluğudur.
Fidan
Milli.Az