22:18
Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Milli.Az-a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
----------------
2025.05.19
Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, mayın 17-si saat 22:25 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.
Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.
Məsələ ilə bağlı DİN-in "102" xidmətinə məlumat verilib.
Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.
Hadisə anının görüntülərini təqdim edirik:
Milli.Az