Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyan nəzərə alınaraq ölkəmizdə 60 Vat və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vat və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vat-dan 60 Vat-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək.
Enerji səmərəliliyi üzrə ekspert Orxan Kərimzadə deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır. LED lampaların ilkin qiyməti daha yüksək olsa da, onların uzunömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur.
Ekspert bildirib ki, LED lampalar daha ekoloji təmiz hesab olunur.
Ekspert onu da bildirib ki, bütün dünyada bərpaolunan enerji mənbələrindən istifadə edərkən işıqlandırma üçün LED lampaların quraşdırılması tələb olunur.
Videomaterialı təqdim edirik.
Milli.Az