SOCAR KBR-ın rəhbərliyi Bakı Ali Neft Məktəbinin tələbələrilə görüş keçirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ali Neft Məktəbində (BANM) SOCAR KBR MMC-nin rəhbərliyi ilə tələbələr arasında görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum, şirkətin "Ümid Babək" proyektinin direktoru David Ellis, "Abşeron" proyektinin direktoru Brüs Bakster, Əməliyyatlar üzrə meneceri Nikunj Punkal və Kadrlar üzrə meneceri Səidə Qurbanova, həmçinin BANM-ın əməkdaşları iştirak ediblər.
Milli.Az xəbər verir ki, görüşdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov SOCAR KBR MMC-nin rəhbərinə BANM tələbələrinə olan marağa və onlara karyera və praktika imkanları yaratdıqlarına görə öz təşəkkürünü bildirib.
SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum tələbələrə şirkətin fəaliyyəti, məqsədi və iş prinsiplərindən danışıb, Ali Məktəbin ötən ilki məzunları arasından işə götürülən gənclərin fəaliyyətindən razı olduğunu bildirib. O BANM ilə SOCAR KBR MMC-nin əməkdaşlığının daimi olacağını bildirib.
Daha sonra şirkətin əməkdaşları David Ellis və Brüs Bakster üzərində çalışdıqları layihələr haqqında tələbələrə məlumat verib, daha sonra mühəndislik karyeraları üzrə inkişaf yolları haqqında məlumat verib. Kadrlar üzrə menecer Səidə Qurbanova isə tələbələrə karyera imkanları, Tələbə təqaüd proqramları və bu proqramlara necə müraciət edilməsi haqqında təqdimatla çıxış edib.
Nümayəndələr həmçinin tələbələrin işə müraciət və şirkətdə praktika keçmək ilə bağlı suallarına cavab veriblər.
Tədbirdən sonra SOCAR KBR MMC-nin İcraçı direktoru Alp Toqay Kurum və onun başçılıq etdiyi nümayəndə heyəti Ali Məktəbin kampusunu gəzərək buradakı infrastrukturla tanış olublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
XƏBƏR LENTİ
-
İspaniya - Kabo-Verde millilərinin start heyətləri açıqlandı
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı





