Ölkə

İşdən çıxarılan general yenidən müşavir oldu

11 Fevral 2019 16:37
0 Şərh     Baxış: 3 922
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vergilər nazirinin sabiq müşaviri, vergi generalı Habil Məmmədov yeni vəzifəyə təyinat alıb. 

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, H.Məmmədov Himayəçilik Şurasının qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Xəbəri sayta Əmanətlərin Sığortalanması Fondundan təsdiqləyiblər. 

Qeyd edək ki, hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti Vüqar Rafik oğlu Abdullayev icra edir. 

Xatırladaq ki,  Məmmədov Habil Amil oğlu bundan əvvəl sabiq vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə müşaviri vəzifəsində çalışıb. Daha sonra vergilər naziri Mikayıl Cabbarovun əmri ilə vəzifəsindən kənarlaşdırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.