Ölkə

Bu adam yalnız tibb işçilərinin telefon və pullarını oğurlayırmış - FOTO

8 Fevral 2019 17:44
0 Şərh     Baxış: 2 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klinikarlardan silsilə oğurluqlar edən şəxs tutulub.

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində yerləşən özəl klinikalardan silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Nərimanov rayonu Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə Bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən "İphone 6" və "İphone 7" markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.

Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus  "Samsung Edge 7", "İphone X" kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki,S.Həsənovun klinikalardan etdiyi oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə,  Nərimanov RPİ və ya  16-cı Polis Bölməsinə müraciət edə bilərlər.

Pünhan Mirzə
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.