Ölkə

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınır

27 Dekabr 2018 19:14
Baxış: 2 299
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat veriblər.

"Stadler" şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Qeyd edək ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.