Ölkə

Arvadının saçını qırxan kişi danışdı: “Onun yad kişilərlə yataqda çəkilmiş videoları var” - FOTO

6 Dekabr 2018 10:46
28 Şərh     Baxış: 8 245

Bir neçə gündür cəmiyyətdə ərinə xəyanət etdiyi üçün saçı qırxılan qadınla bağlı xəbərlər dolaşır. Demək olar ki, bütün tərəflər sıra ilə danışıblar - saçı qırxılan qadın, onun  bacısı, qadının qayınanası. Musavat.com-un əməkdaşı xəyanətə uğradığını iddia edən və bu səbəbdən də həyat yoldaşını bu formada cəzalandıran ərlə  - Elnur Həsənovla danışıb. E.Həsənov bizimlə söhbətində baş vermiş hadisə və onun pərdəarxası ilə bağlı öz iddialarını söyləyib. Müsahibimiz öncə olayın baş vermə hekayəsini danışıb:

-Bizim bu insanla rəsmi nikahımız olub, evli olmuşuq. Amma mən bunun xəyanətini tutdum. Gətirdim bura. Telefonunda tutdum ki, neçə adamla yazışıb, videosunu çəkib. Yataqda çəkilən videolar var, bunun hamısını mən görmüşəm. Nə etməliydim? Razılaşmalıydım? Yalandan deyir ki, guya mən onu döymüşəm. Döyən-zad olmayıb onu.

- Videoda görünür axı. Gözünün altı göydür... Fotoları var, bu gün biz də yaymışıq. Hər tərəfi göyərmiş, yaralı...

- Yalandır. Montajdır. Fotoşopdu hamısı. Necə ola bilər ki, mən bunu bu formada döyüm, amma 3 ay sonra üzə çıxsın bütün bunlar? Bu işgəncə söhbətini özləri düzüb-qoşublar, yalandır hamısı. Mən hər ay bunun pulunu, bazarlığını göndərirdim, özüm də aylarla gedib yanında qalırdım, ailəmə, qızıma baxırdım. Onun başını qırxmışam. Yaxşı eləmişəm. Xəyanətin cavabı elə olmalıdır. Mən xəyanəti qəbul edə bilmərəm. Həmişə demişəm, kasıb olsun, çirkin olsun, amma namuslu-əxlaqlı olsun. Onun anası bu haqq-hesab ortaya çıxanda Kislovodskiyə gəldi. Bütün səs yazılarını, videoları ona göstərdik, şəkillərə baxdı. Öz anası qızını döydü. Aparıb insan kimi onları yola saldım ki, çıxıb getsinlər Mingəçevirə. Anası qayıdıb mənə dedi ki, bunu öldür, sənin namusunu çirkləndirib. Dedim, mən insanam, qatil deyiləm. Mənim balam var, o balama görə də yaşayıram. Başını da niyə qırxdım, bilirsizmi? Gəzdiyi oğlanlarla videoları var. Onlarla birgə mənim atamı, anamı lağa qoyurmuş, öz aləmində guya biabır eləyirmiş sözləriylə. Onun da cavabını belə vermişəm. Demişəm, mənim atama-anama lağ eləyəni, mənə xəyanət edəni mən də belə biabır edərəm. Amma mən onu döyməmişəm, qadanız alım. Onu özləri ediblər. Düzüb-qoşublar ki, gələcəkdə özlərini haqlı çıxarsınlar.

- Siz o şəkilləri görmüsüz? Heç bir insan övladı özünə o cür işgəncə verdirərmi? Bıçaq, yanıq izləri, qançır olunmuş bədən... Bunu özü-özünə edə bilməz axı.

- Xanım, bir balam var, onun canına and içirəm ki, mən ona heç nə etməmişəm. Özləri düzüb-qoşublar. O şəkil fotoşopdu. Özlərini təmizə çıxarmaqdan ötrü bunu edir. Bu qadın dörd dənə gömrükdən keçib. Nə əcəb polis soruşmayıb ki, sənin üzün niyə bu gündədir? Bunun günahı o qədər  böyükdü ki, bu formada aranı qatmaq istəyir. Mən bunu bizim yatağımızda başqa bir oğlanla yazışan yerdə tutmuşam. Telefonu əlindən almışam. Görmüşəm oğlan sonra buna yenə şəkil göndərib və yazıb ki, "həyatım, niyə setə girmirsən ki, danışaq?" Orda eləməyi bəs deyil, gəlib burda, yanımda da mənə xəyanət edir. Oğlana yazır ki, mən sərhədi keçəcəm anamla, ondan sonra piyada keçidini əl-ələ verib keçərik. Oğlana yazır e... Onun hamısını balaca bacısı bilirdi ilk gündən. Kimlərlə görüşüb, bacısı da bilirdi. Ona görə indi elə müsahibələr verir.

- Amma qarşı tərəf deyir ki, telefonda köhnədən bir nəfərin qalan fotosuna görə bu qalmaqal baş verib. Xalası oğlunun şəklinə görə dava düşüb?

- Yalan deyir. Mən onun bütün qohumlarını tanıyıram. Xalası oğlunu da. O deyil, başqa adamdı. Özü də bir adam deyil, bir neçə nəfərdir.

- Çox adam da belə fikir bildirir ki, gənc xanımını Bakıda təkbaşına qoyub getmək, aylarla onu axtarmamaq doğru addım deyildi. Bu halda xəyanətin olması da mümkün idi.

- Yalandır. Aylarla gəlib bunun yanında qalırdım. Bu da mənim yanıma gəlirdi.

- Niyə bir yerdə yaşamırdız?

- Ay bacım, bunlar hamısı bəhanədir. İllərlə Rusiyada yaşayan oğlanlar var, ailələri də Azərbaycanda. Belə çıxır ki, arvadları onlara xəyanət eləməlidi? Yalandan özünü təmizə çıxarmaq üçün söz-söhbət lazım deyil e. Aylarla yanında qalırdım, bayramlarda ailəmlə olurdum. İşləyirdim də burda. Kef sürmürdüm ki... Özü də mən onları yanıma gətirəcəkdim. Özünə də demişdim, qoy deportun qurtarsın, səni götürüb gələcəm bura. Quran haqqı deyirəm sizə. 

- Deport edilmişdi eks yoldaşınız?

- Bəli, deport olunmuşdu. Özüm apardım gömrüyə qədər, yola saldım Mingəçevirə. Evə qayıdanda yolda o qədər ağladım ki, bunları niyə deport ediblər. Bax o Allah haqqı deyirəm sizə. Mən nə biləydim ki, buna "stop" qoyublar? Gəldim gətirəm, məlum oldu ki, qadağası var. Camaat illərlə arvadını burda qoyub, çörək dalınca Rusiyaya gedir. Gərək onda hamı xəyanət etsin? Qadın özünə görə namusunu saxlamalıdır, ərinə görə yox. Əgər ona bircə dəfə xəyanət etmişəmsə, Allah mənə qənim olsun. Mən öz alın tərimlə pulumu qazanan insanam. Ancaq ailəmi düşünmüşəm. Gəlin soruşun Kislovodskidə insanlardan, görün mən nətər insanam. Narkoman deyiləm, əclaf deyiləm, mərdimazar deyiləm. Xəyanəti qəbul etmirəm. Bütün normal kişilər kimi, mən də sevmirəm belə şeyi. O xəyanət etdiyi oğlanların yanında anamı-atamı alçaldır. Videosunu da çəkib e bunun, xanım. Videoda sübut var. Sən kimsən ki, həm mənə xəyanət edirsən, həm də mənim valideynlərimi alçaldırsan alçaq adamların yanında? Dayısı da bunu bilir.

- Keçmiş həyat yoldaşınız iddia edir ki, siz uşağı qaçırmısız. İndi də o, uşağı qaytarmaq üçün məhkəməyə müraciət edir. Necə qaçırmısız onu?

- Bu insan orda olanda mən ona üçlü etibarnamə vermişəm. Demişəm ki, deport müddətin qurtaran kimi sən mənim ata-anama qoşulub, gələrsən. Uşağı da gətirərsən. Mən necə uşaq oğurlamışam ki, 3-4 dənə sərhəd keçid məntəqəsindən keçmişəm? Gedib hamısını yoxlaya da bilərsiz. Uşağı oğurlamamışam. Atam-anam gətirib onu. Onlar yolda gələndə bu qız o sevgilisi ilə telefonla danışa-danışa gəlirmiş. Gədə də bunun arxasınca gəlirmiş.

- Sizin sentyabrda çəkdiyiniz və indi yayılan bu video barədə bir neçə versiya var. Qardaşınız və ananız iddia edir ki, videonu sizin tərəf yaymayıb. Qız tərəfi iddia edir ki, videonu sizin tərəf yayıb. Bu videonu kim yayıb?

- Mən də partlayıram indi hirsimdən. Kim onu yayıb, tutulsun. Əgər mən və ya bizimkilərdən kimsə bunu edibsə, qoy tutulsun. Bizimkilər bunu etməyib. Onu özününkülər edib. Videonu kim yayıbsa, onu araşdırıb tapsınlar. Mən də bu videonun yayıldığını görəndə havalandım.

- O zaman haqlı sual çıxır ortaya ki, bəs siz videonun əvvəlində niyə deyirsiz ki, "mən bu videonu instaqramda yayacam"? Hansı səbəbdən onu çəkirdiz? Məqsəd nə idi?

- Mən onu çəkmişəm, düz deyirsiz, amma onu dayısına yollamışam. Demişəm ki, gəlin qızınızı aparın. Gəlib aparmırdılar çünki. Amma mən o videonu çəkəndən sonra silmişəm. Öz tərəfindən kimsə yayıb onu. Mən indi əsəbdən ölürəm. Niyə bu video yayılsın axı? O söz də ağzımdan elə-belə çıxıb ki, instaqramda yayacam. Hirsli olmuşam, ay bacım. Əsəbi olmuşam. Amma onu mən yaymamışam, o Quran haqqı.

- Uşaq indi sizin yanınızdadırmı? Ailəsinin iddiasına görə, "siz o uşağı qaçırmısız və anasına da vermirsiz. Hətta anası uşağının həsrətindən bir dəfə intihara da cəhd edib". Bunlardan xəbəriniz varmı?

- Necə olur ki, bu adam 3 aydır uşağını axtarmırdı, birdən maraqlandı? İndi intihar edir? Özləri yayır hamısını. Uşaq məndədi, ona xan kimi baxıram. Uşaq da anası ilə maraqlanmır. Uşaq hər şeyi bilir, gördüyünü görüb e o anadan. Gözünün qabağında nələr olub o uşağın. Uşağı evdə qoyub, oğlanlarla gəzməyə gedirmiş. Mən ona uşaq verməyəcəm. Əxlaqsız qadına uşaq düşmür. Xəyanət edən qadını qəbul etmirəm. Uşağı da özüm böyüdəcəm. Uşağını düşünən qadın belə hərəkət etməməliydi. Onun hərəkətlərini mənə uşaq danışıb, xəbəriniz varmı? O qadın artıq mənim üçün ölüdür.

- Qarşı tərəf sizdən polisə şikayət edib. Həbs olunma ehtimalınızdan narahatsız?

- Məni niyə həbs edirlər? Mənə xəyanət olunub e. Xəyanət edən qadını qanunlar müdafiə edir bəyəm? Adam öldürmüşəm, cinayət etmişəm bəlkə? Foto-video faktlar var e, ortada. Oğlanla haralarda gəzib, yataqda şəkilləri, videosu var. Bunu mən çəkməmişəm, özü çəkib. Polis demir ki, bu oğlan kimdir? Onu da çıxarsınlar ortaya, onu cəzalandırsınlar. Mən Rusiya vətəndaşıyam, versinlər məhkəməyə. Görək uşaq kimə düşəcək? Heç buranın qanunları da uşağı xəyanət edən anaya vermir. Qoy versinlər məhkəməyə, görək nə olacaq.

- Qarşı tərəfin iddialarında o da var ki, siz orda bir rusiyalı qadınla vətəndaş nikahında yaşamısız. Hətta buna görə keçmiş xanımınız da sizinlə bir neçə dəfə boşanmaq istəyib, amma siz razı olmamısız.

- Yalandır! Gəlib burda maraqlana da bilərsiz. Boş söhbətdir. Mən hər zaman ailəmin yanında olmuşam. Bunu da təzə çıxarıblar?

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

28 Şərh:

  • Anonim
    asi · 6 Dekabr 10:51148

    Gop da olsa, maraqlıydı..Mən inanmadım..

    Cavab yaz
    • Anonim
      xanım · 6 Dekabr 11:22100

      Qadına şiddətə ümumiyyətlə şiddətə qarşıyam. Amma vallah yenə deyirəm arvadını yataqda başqasıyla tutan KİŞİ ikisini də öldürür ya da döyür, ya da sakitcə boşanır. Uşaqların vəlayətini alır əlindən və s. Amma yoxsa hər gün saytlara müsahibə vermir.

      Cavab yaz
  • Anonim
    Oxucu · 6 Dekabr 11:03137

    Bu "kişicik" niyə azadlıqda gəzir ki, hələ bir müsahibə də verir? Nə pis adət -ənənə yaranıb ey, kim kimə nə cəza istəyir verir, arvadının başını kəsən kim, bıçaqlayan kim, başını qırxan, videolarını çəkən, boşandığı arvadını öldürən, qohumunun arvadına tamah salan..... Qanunla bir cəza yoxdur bunların qarşısını almağa?

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Dekabr 11:10917

    Sen hele bilmirsen seni niye hebs edirler ??? Sen saqlamliqa maddi ve menevi zerbe vurmusan xeyanet edirdi ya öldürüb kisi kimi hebse girmeliydün ya da basqa variantla bosanib heyatuvu yasamaliydin Sac qirxdim saqqal ekdim videoya cekdim bunlar kisiye yarasmayan hereketlerdi ki maddi ve menevi zerbe vurmusan qadina ve ölcü goturulmeli haqqinda cinayet isi acilmalidi.

    Cavab yaz
    • Anonim
      Gunel · 6 Dekabr 11:18158

      Demək sən də qadının etdiyini edərdin ya edirsən? Bəs onun çəkdiyi mənəvi əzabı? Necə olur 4-5 kişi ilə doymayan bu qız haqlı olur? Kişi and içir ki, əlimdə faktlar,çəkilişlər var. Məgər namus bu qədər itib ki,qadın 5-10 kişi ilə gəzsin ona boş ver getsin? Sabah sənin kimi düşünənlərin qızı da gəzər,oğlunun arvadı da. Bir adamı qınayanda əvvəl onun yerinə özünü qoy!

      Cavab yaz
    • Anonim
      ...Esraya · 6 Dekabr 11:22113

      bes o kisiye menevi zerer deymeyib,?buynuz taxib .qadin duz edib????

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 6 Dekabr 12:0437

        Harda yazmisam qadin düz edibbbb qadin 3 ildi ayrilib gelib Mimgecevire o kisi gelib bu exlaqsizi aprib bele etmeynen özün yandirdi fakt buduuuu Ayrilib gelmisdi resmilesdirib yollarin ayira bilerdi sac qirxmak uste men esitmisem 8 il is de kese bilerler

        Cavab yaz
  • Anonim
    AEA · 6 Dekabr 11:1196

    Kişinin hər bir sözü yalandır... Ancaq qadına da haqq vermirəm, qeyrətsiz olduğuna görə.... hər ikisi alçaqdır...

    Cavab yaz
    • Anonim
      Oxucu · 6 Dekabr 11:30104

      Kişinin əməli birmənalı alçaqlıqdır, həm zorakılığı, həm də uşağının gələcəyini, psixologiyasını fikirləşmədən anasını rüsvay elədi və övladı anasına qarşı nifrətlə böyüdür (özü etiraf edir hamısını). Qadının əməli isə mübahisəlidir, çünki jurnalist sualında deyir ki "eks yoldaşınız". O da inkar etmir, deməli rəsmən boşanmış vəziyyətdədirlər. İllər əvvəl boşandığı qadın bu kişinin sadəcə uşağının anasıdır, artıq onun namusu deyil. Elə uşağa görə ara-sıra bir araya gəliblər, birgə yaşayıblar. Eks arvadı kiminləsə telefonla danışdığına görə cəzalandırıla bilməz. Yenə deyirəm, məhz boşanmış olduqlarına görə, illərdir ayrı qaldıqlarına görə.

      Cavab yaz
  • Anonim
    Aze_Boy · 6 Dekabr 11:11100

    Mence bu sohebeti baglasalar yaxsi olardi.Bu medeniyyetimize sigmayan hereketlerdir aile isleridir bu qeder boyutmemelyik.Bu cemiyyetde usaqlarda bagib gorurler onlari psixikasina terbiyelerine tesir edir.

    Cavab yaz
  • Anonim
    Eliko · 6 Dekabr 11:1350

    Verilişlər reytinq yığsın deyə camaatı başına 1000 oyun açırlar. Hansı əqli cəhətdən normal insan buna inanar. Ayıb olsun bütün verilişlərə hansılarki bunu camaata inandırmaq istəyirlər.

    Cavab yaz
  • Anonim
    Ida · 6 Dekabr 11:1380

    Kim xeyanet edib,kim doyub,kimdir haqli bilmirem,ancaq usaqdan alet kimi istifade etmeyin.Ay bir-birinden qisas almaq ucun bu tip videolari yayanlar, besdir bizi dost-dusmen yaninda bizi rezil etdiniz.Problemi videosuz- boyuklerin mudaxilesi,resmi bosanma ile de hell etmek olardi.Ermenilerin exlaqsiz qadinlarina,eclaf kisilerine numune gosterilecek mental deyerlerimiz yavas-yavas siradan cixir.Neye nail olusuz,ay ciliz adamlar.Bir az da milletin adini dusunun de.

    Cavab yaz
  • Anonim
    ersiz · 6 Dekabr 11:1568

    bu kiwi ne edibse duz edib.

    Cavab yaz
  • Anonim
    Aki2 · 6 Dekabr 11:2122

    Esra xanim saglamliga zerbe vuran burda qadin, her şey saglam idi bu olaya qeder

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 Dekabr 11:3657

      Ay qardas xeyaneti qebul etmeyen kisi ya öldürüb o dunyaya gonderir ya da alem bilmeden bosanib exlaqsizla yollarin ebedi ayirir Sac qirxmak oxlovla doymek bunlar gülünc kisiye xas olmayan islerdiiii Basa dusdun merd idise ölduüredi vessalam

      Cavab yaz
  • Anonim
    Papatya · 6 Dekabr 11:2350

    Dunen anonslarda bu qizin Zaurun verlişinde danişacagini esitdim..sebrle gozledim ki danişsin. Ve qiz dedi ki, 2013de evlenmişəm, 2015de Azerbaycana qayidandan sonra mene stop qoyuldu, geri qayida bilmedim ve burda 2016da başqasi ile munasibetim olub. Sekilleri de menim tel kartimdan tapiblar dedi. Ozum cekib, saxlamişdim. Hami haqli olaraq dedi ki,bes niye tezeden erinin yanina qayitdin, boşanardin, gelib apardilar dedi. Neyse. Oglanin danişiginda sadecə o yere inanmadim ki, onu biz doymemisik deyir, buna inanmiram, yoxsa qiz ozune bu qeder xesaret yetirmez. Neyse, tebii ki, her danisan oz xeyirine nese danişacaq. Xeyanət de, şiddet her ikisi eyni agirliqda çirkin emeldi.....

    Cavab yaz
    • Anonim
      Oxucu · 6 Dekabr 13:3944

      Bele qadinlara hele buda azdir gul kimi balan var sene basqa kisi lazimdimi.eceb edib oglan hele basqa kisi olsa oldurerdi onu.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 6 Dekabr 11:5115

    m-a meni incitmek coxxx xosunuza gelir eeee etmiyindeee beləəəəə niye silmirsiniz həəəəə??(((

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 6 Dekabr 12:0515

      Bunu mutleq vererdiniz ge gerekk.((

      Cavab yaz
  • Anonim
    xxx · 6 Dekabr 12:2730

    Buna nə deyirlər deyir mən eləməmişəm. Mələkdi ki, bu xəbərimiz yoxuymuş.

    Cavab yaz
  • Anonim
    cavab · 6 Dekabr 14:1120

    neya inanmaq lazimdisa insan o semte yonelir Men deqadinam Odemek deyilki qadinin hec gunahi olmurEvvelce soka dusmusdun bu ehvalar isiqlanandaQadin acidim Yene de aciyiram Amma bu qiz qeyri semimi danisirDeyim neden?Baci melumat yaydiki bacimi bosanmaqistediyinegore bele ediblerBuna inandiniz?Sonra qaynana efirde aciqladi ki biz vidionu yaymamisiqAmma sevisdiyi oqlanla telefonda bizi laqa qoyduqunu estdim ,dozmadimYene dedilerki qizi serleyib leke atdilarDunen zaurda qiz musahibe verdiki,beli o oqlanla sevismisem anam gilin yaninda olandaZaur sual verdi,Aileli kebinli idinmi o sekildeki ile gorusende?Aciqca dediki beli aciqedib gelenden sonra bu insanla tanis oldumAmma o sekil fotosopduZaursa dediki o fotosop yox real vidiodur Demek bu insan erine qyidib yene xeyanet edibIndi ise bu deqiqe Elcinin verlisinde bir jurnaliste deyibki o oqlan xalam oqludu Mene ser atirlar Indi siz deyin kime inanaqErinin bir sozunde heqiqet varki o vidionu qiz evi yayibki sekillerdeki goyertilerin muddetin ayirdetmek cetind

    Cavab yaz
  • Anonim
    Mingecevirli · 6 Dekabr 14:2144

    O menim qizim olsaydi bu kisinin derisini qirxardim, ustune de duz tokerdim, olardi suiti.

    Cavab yaz
    • Anonim
      .. · 6 Dekabr 14:5541

      Gorurem Hami qiza terafdiKim arzulayir qapisindayi galin o harekati etsin,,basin qirxmasin,doymesin Basin siqallasin

      Cavab yaz
  • Anonim
    miri · 7 Dekabr 09:3020

    Allah da bacarmır Fahişələrlə!

    Cavab yaz
  • Anonim
    hhh · 7 Dekabr 10:2720

    bele qeyretdi kisiydin vaxtinda bosayardin ki seni aldadib papagivi yere soxmasin. sen ozun bosanmamisan seni istemeyen qadindan. ozun aldanilmaq istemisen. hele anasina bax ozunu soxub chomce kimi

    Cavab yaz
  • Anonim
    Demir · 8 Dekabr 03:0700

    Xəyanətin sübutu mövcuddusa onu təqdim etmək lazımdı ki, ittihamçı ədalətli hökm çıxarsın. Bundan sonra qadını və oynaşını şəhər meydanında ictimaiyyət tərəfindən ölüm məqamınadək daşqalaq edilməsi prosesi həyata keçirilir. Budur şəriət qaydası. Baş qırxıb tamaşa göstərmək isə dəyərsiz bir şoudur. Ər arvadın hamisidir, qadının borcudur ərin namusunu, əmlakını, sirlərini qorumaq. Dinimiz bunu deyir. Ey qadınları yersis müdafiə edənlər, Ən Nisa surəsinin 34cü ayəsini diqqətlə oxuyun !!!

    Cavab yaz
  • Anonim
    Demos · 8 Dekabr 05:0800

    Ər arvadın hamisidir. Xəyanətə görə onu daşqalaq etməli idi, saçını qırxmaq, evinə qaytarmaq yox.

    Cavab yaz
  • Anonim
    Demos · 8 Dekabr 05:1000

    Saç qırxmaq, evinə qaytarmaq cəza deyil, şou xarakterli tamaşadı. Xain qadını oynaşı ilə birlikdə daşqalaq etmək lazım idi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.