Onurğa əməliyyatından sonra şikəst qalmaq riski nə qədərdir? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrün insanı daha az hərəkət edir, oturaq həyat tərzi keçirir. Bu da onurğa xəstəliklərinin cavanlaşmasına, geniş yayılmasına səbəb olub. Bu xəstəliklərdən biri də skoliozdur. Skolioz - onurğa sütununun yana doğru əyilməsidir. Bundan əlavə, onurğanın kifoz adlanan bir deformasiyası da var ki, bu halda onurğa arxaya doğru əyilir. Onurğa deformasiyalarının müalicəsi, onurğa cərrahiyyəsinin ən mürəkkəb əməliyyatlarından biri hesab olunur. Buna baxmayaraq, son dövrlərdə Azərbaycanda, o cümlədən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu cür əməliyyatlar geniş şəkildə icra olunur.
Milli.Az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin neyrocərrahlıq kafedrasının əməkdaşı, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərov bildirir ki, klinikada belə əməliyyatlar onurğa cərrahiyyəsində ciddi təcrübəyə malik olan cərrahlar tərəfindən icra olunur: "Yeni fəaliyyətə başlayan cərrahın bu cür əməliyyatları icra etməsi çox çətindir, hətta qeyri-mümkündür. Bunun üçün uzun illik bir təcrübə şərtdir".
Digər klinikalardan fərqli olaraq, ATU-nun Tədris Cərrahiyyə Klinikasında belə əməliyyatlar neyromonitorun nəzarəti altında icra olunur: "Neyromonitor onurğa əyriliyini düzəldərkən, sinirlərin zədələnməsinin müəyyən dərəcədə qarşısını almaqda bizə kömək edir. Skolioz əhali arasında çox geniş yayılmış xəstəliklərdən biridir. İnsanlar bunun əməliyyatından qorxurlar, riskli olduğunu düşünürlər. Məhz neyromonitorun tətbiqi nəticəsində biz bu riskləri minimuma endirmiş oluruq".
C.İskəndərovun sözlərinə görə, onurğa problemi ilə bağlı hər gün yalnız ona 30-40 nəfər müraciət edir. Onların da əksəriyyəti belə əməliyyatların insanı şikəst etməsi ehtimalı ilə maraqlanır. Lakin neyrocərrah qeyd edir ki, müasir dövrdə belə əməliyyatlar zamanı mikrocərrahi alətlərdən, mikroskopdan geniş istifadə olunur, daxili rentgenoskopiya tətbiq edilir: "Bizdə demək olar ki, belə hallara rast gəlinmir. Biz yarana biləcək təhlükəni önləmək üçün mümkün olan bütün vasitələrdən istifadə edirik ki, bunun sayəsində xəstələrimizdə nevroloji ağırlaşmaya təsadüf olunmur".
Həkim bildirir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsində skolioz əməliyyatları uğurla icra edilir: "Artıq yetərli sayda əməliyyatlar etmişik. Yaxşı olar ki, bu əməliyyat onurğanın formalaşması tam bitməmiş bir dövrdə - 14-17 yaş aralığında icra edilsin. Belə halda əməliyyat sayəsində onurğa əyriliyinin bərpası maksimal dərəcədə mümkündür. Bəzən kiçik yaş qruplarında da xəstələr davamlı korset müalicəsi aparsalar da, əyrilik artır. Onda, uşağın bu yaşa çatmasını gözləmədən əməliyyat edirik. İdeopatik (səbəbsiz) skolioz hallarında çalışırıq ki, xəstəni 14 yaşına qədər korsetlə müalicə edək. Nəticə əldə etmədikdə isə bu yaşdan sonra cərrahi əməliyyat icra edirik".
Cərrah skoliozu olan xəstələrə aptekdən özbaşına korset almamağı məsləhət görür. Çünki skoliozun dərəcəsindən, bədən quruluşundan, xəstənin çəkisindən asılı olaraq müalicə üçün korsetlər xüsusi hazırlanır. Düzgün seçilməyən korsetin taxılması skoliozun daha da dərinləşməsinə gətirib çıxarır.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
XƏBƏR LENTİ
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib





