Rövşən Abdullaoğlunun "Abaddon" romanı satışda niyə rekord vurur? - Maraqlı izah
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsərlərində ən müxtəlif mövzulara müraciət etməklə böyük maraq yaradan tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu bu dəfə oxucuları "Abaddon" intellektual psixoloji detektiv romanı ilə təəccübləndirib.
Milli.Az xəbər verir ki, mayın 12-də işıq üzü görən kitab nəşr olunandan sonra topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Oxucuların maraq və tələbatını ödəmək üçün bir həftə sonra kitab ikinci dəfə nəşr olunub. Nəşriyyatdan bildiriblər ki, əgər "Abaddon"a maraq belə sürətlə artmaqda davam etsə, yaxın günlərdə kitab üçüncü nəşrinə başlanacaq.
Bəs "Abaddon" romanı onlardan nə ilə fərqlənir və onu oxucu üçün bu dərəcədə maraqlı edən nədir? Romanın əsas süjet xəttini nə təşkil edir? Yazıçı kitabda nəyi təlqin etməyə çalışır?
Bununla bağlı izahı kitaba resenziya yazan filoloq Sevda Məmmədova verib. O, "Abaddon" haqqında belə deyib: "İrlandiyanın nağılvari gözəlliyə malik bir liman şəhərində baş verən dəhşətli qətlləri, qatilin tapılması cəhdlərini izləyən fabula son səhifələrə qədər oxucunu həyəcanda saxlayır. Müəmmalı qatilin qeyri-adi fantaziyaları, qətl hadisələrini bir-birinə bağlayan təkrarlanan qorxunc elementlər, cinayətlərin üzərini örtmüş mistika pərdəsi inadla axtarışlarına davam edən İrlandiya polisi ilə birlikdə oxucunu da heyrətləndirməyi bacarır. Əsər boyunca qatilə tuşlanmalı olan obyektiv gah illər əvvəl yoxa çıxmış kriminal avtoriteti, gah öz sakit həyatını yaşayan ötəri obrazları, gah da mistik varlıq olan cəhənnəm əcinnəsini hədəfə alır, bəzi məqamlarda isə diqqət hətta cinayət axtarış dəstəsinin üzvlərinə yönəlir. Süjet hər nə qədər realistik olsa da, bəzi məqamlarda uğurla istifadə edilmiş mistik elementlər təhkiyəni daha maraqlı edir".
Son aylar rekordlar qıran yazıçı: "Düşünmüşəm ki, birdən kitabımdakı mənaları anlaya bilməzlər"
Bu mövzu - insanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər, demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Qorxunun insan taleyini necə yönləndirə bildiyini göstərmək üçün müəllif oxucunu uşaqkən qorxuya yenilmiş üç obrazla tanış edir. Onlardan biri çətinliklə də olsa, ayağa qalxır və hətta ilk məğlubiyyətindən qorxu peyvəndi kimi istifadə edərək ətrafındakı hər kəsdən daha cəsarətli, mübariz, iradəli bir şəxsiyyətə çevrilir. İkincisi illərini uşaqkən yenildiyi qorxusuna bəraət qazandırmağa sərf edərək buna bir şəkildə nail olmuş və hətta bu səyləri nəticəsində işində böyük nailiyyətlər qazanmış yüksək intellekt və bacarığa malik kriminal psixoloqdur. Qorxuları həyatını əsir almış digər bir maraqlı obraz da yeniyetmə yaşlarında aldığı davamlı mənəvi zərbələrdən əsl şəxsiyyəti dərin yuxuya getmiş gəncdir. Kriminal psixoloqun həqiqi şəxsiyyəti oyatmaq üçün göstərdiyi bütün cəhdlər, hipnotik təsirlər uğursuzluqla nəticələnir, lakin bir gün onun əbədi yuxuya getməsinə hesablanmış sınaq gözlənilmədən əks təsir göstərir və bədənin həqiqi sahibinin ayılmasına səbəb olur. İlk dəfə məğlub olduğu üçün bu vəziyyətə düşməsinə səbəb olan o hadisə təkrarlandığı zaman gəncin nə cür davranacağını oxucu da böyük həyəcan və gərginliklə izləyir".
S.Məmmədova qeyd edib ki, kitabda bir-birini əvəz edən dinamik hadisələrin fonunda ən təbii insani duyğular - özünə inam, sevgi, dostluq, tənhalıq mövzuları da ara-sıra qarşıya çıxır: "Qəhrəmanlar arasında özlərindən xəbərsiz baş qaldıran incə bağlılıq zərif yumorla, saf, güvən verən bir hiss kimi tərənnüm edilərək cinayətlər, potensial qatillərlə əlaqəli yaranmış gərgin auranı xeyli yumşaldır. Obrazların evlilik, ailə bağları barədə fərqli düşüncələri də maraq doğurur. Qəhrəmanların simasında İrlandiya xalqının vətənə, milli-mənəvi dəyərlərə, həyatın müxtəlif məsələlərinə münasibəti və bunun fonunda Tanrıya, dini inanclara özünəməxsus yanaşması əsər boyunca ana xətti müşayiət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir".
Zərif Nisə
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
XƏBƏR LENTİ
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir





