Azərbaycanda rekord - Kitab nəşr olunandan cəmi 3 saat sonra satılıb qurtardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi ötən həftənin şənbə günü, mayın 12-də tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun "Abaddon" adlı yeni psixoloji detektiv romanı işıq üzü görüb. Lakin kitab nəşr olunandan sonra cəmi bir neçə saat ərzində tamamilə satılaraq qurtarıb.
Milli.Az xəbər verir ki, "Abaddon"un ilkin nəşri topdan və pərakəndə halda olmaqla birlikdə cəmi 3-4 saata alınaraq bitib. Əvvəlcədən onlayn qaydada sifariş edən alıcıların kitabları isə tədricən ünvanlarına çatdırılır.

Kitabın çap olunduğu nəşriyyatdan Milli.Az-a verilən məlumata görə, oxucuların "Abaddon"a olan hədsiz marağını qarşılamaq və onların mövcud tələbatını ödəmək üçün yaxın günlərdə roman ikinci dəfə təkrar nəşr olunacaq və dərhal da satışa çıxarılacaq.
Qeyd edək ki, Rövşən Abdullaoğlunun "Relslər üzərinə uzanmış adam" romanının ilk nəşri cəmi iki həftə ərzində tükənməsi ilə vaxtilə bir rekord qeydə alınmışdı. Lakin "Abaddon"un cəmi bir günə, hətta bir neçə saata satılması ilə müəllif öz rekordunu yeniləyib.
Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.
Vətənə, milli-mənəvi dəyərlərə bağlılıq və bunun fonunda Tanrıya, dini inanclara fərqli münasibət (İrlandiya xalqı dini etiqadlara, müqəddəs şəxsiyyətlərə bağlılığı ilə tanınır) əsər boyunca ana xətti müşaiyət edərək müxtəlif rakurslardan işıqlandırılır. Sonda mozaikanın bütün daşlarını bir yerə toplayan müəllif maraqlı bir təsvir yaratmaqla əsər boyu oxucunu düşündürən tapmacanın açarını təqdim edir.
Xatırladaq ki, R.Abdullaoğlunun bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanda ən çox satılan kitab olub.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - Lalə Məmmədova
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Elnarə Abdullayeva nənə oldu - (Foto)
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
XƏBƏR LENTİ
-
“O insan atalıq hissindən məhrumdur, övladlarını istəmir“ - Lalə Məmmədova
-
Roma Papası xəstəxanadan evə buraxıldı
-
Bərdə xəstəxanasında sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi
-
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
Elnarə Abdullayeva nənə oldu - (Foto)
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq





