Rövşən Abdullaoğludan psixoloji detektiv janrında yeni roman - “Abaddon” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu həftə tanınmış yazıçı, bestseller kitablar müəllifi Rövşən Abdullaoğlunun "Abaddon" adlı yeni romanı işıq üzü görüb.
Milli.Az xəbər verir ki, əsərlərində ən müxtəlif mövzulardan bəhs etməklə oxucuların böyük marağını cəlb edən müəllif bu dəfə detektiv janrına müraciət edib. Hadisələr İrlandiyada cərəyan edir. Məşhur "Titanik" gəmisini ilk və son səfərinə yola salmış sakit liman şəhərində baş verən silsilə qətllər bütün ölkədə əks-səda doğurur. Qatilin ələ keçirilməsi üçün yerli qarda (polis) əməkdaşları ilə yanaşı paytaxt Dublindən Kork şəhərinə ezam edilmiş məşhur müstəntiq və Amerikadan gəlmiş kriminal psixoloq da axtarış işlərinə cəlb edilir. Daha sonra oxucu çoxşaxəli süjet xətti boyunca qatilin cinayət axtarış komandasına açdığı mübarizəni təqib etməyə başlayır.

Əsər daha çox intellektual-psixoloji yönü ilə də diqqət çəkir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük. Romanın bəzi hissələrində psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edilir.
Xatırladaq ki, bu günə qədər motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiya mövzularında 24 kitabı nəşr olunub. Motivasiya psixologiyası silsiləsindən olan "Çətin olsa da, həyat davam edir", "Hər bir İnsan hökmdardır", "Arxadakı körpüləri yandırın" kitabları bestseller olub, Onun "Arxadakı körpüləri yandırın" kitabı 2014-cü ildə Türkiyədə də çap edilib. Bədii janrda yazılmış ilk əsəri olan "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016-2017-ci illərdə Azərbaycanın ən çox oxunan kitabı olub. Müəllifin "Relslər üzərinə uzanmış adam" adlı ikinci psixoloji romanı isə ilk nəşrinin cəmi 2 həftəsi ərzində satılıb bitməklə yeni bir rekorda imza atıb.
İlkin İzzət
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
XƏBƏR LENTİ
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər
-
Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Vüqar Əhmədov Mikayıl Cabbarovun müşaviri oldu





