Müğənni Rusiya vətəndaşına "atıb"? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı keçmiş sevgilisinin onun qızıllarını oğurladığını iddia edib.
Milli.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edın Kənan Musayev bildirib ki, 18 il əvvəl Gəncə şəhərərində tələbə ikən çörək satan Şəlalə İsmayılova ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar: "Jalə adlı bir qızımız oldu, onlara ev alıb verdim, özüm isə işlərimə görə Rusiyaya getdim. Ailəm də evliliyimə qarşı idi. 15 ildən sonra Bakıya qayıdıb başqa bir şəxslə rəmsi olaraq evləndim, iki övladım var. Sonradan Jaləni də ailəmin içinə gətirdim, ona ad günü etdim, hədiyyələr verdim, bu uşaqlardan ayırmadım.
2018-ci il yanvarın 5-də Moskvadan qayıdanda birinci Jalə ilə anasının yanına getdim, onlara hədiyyələrini verdim. Həmin vaxt çemodanımda özümə və yoldaşıma məxsus 15 min manatlıq dəyəri olan qızıllar var idi. Mən Şəlaləgildə əl-üzümü yuyub çay içdim, çıxanda baxdım ki, qızıllar yoxdu. Onlar oğurlamışdı, amma əvvəl boyunlarına almadılar. Bir müddət sonra telefonla danışanda Şəlalə də, Jalə də qızılların onlarda olduğunu etiraf etdilər. Mən 16-cı Polis Bölməsinə şikayət etdim, polislər Şəlalənin evinə gedəndə o 102-yə zəng edib hay-küy salır. Sonra Nərimanov prokurorluğu dələduzluq maddəsi ilə cinayət işi açıb materialları Şəlaləgilin qeydiyyatda olduğu və faktiki yaşadığı Nəsimi rayon prokurorluğuna göndərdi.
Lakin bir neçə ay keçsə də, prokurorluq bu işi araşdırmağa başlamır. Nə məni çağırıb ifadə alırlar, nə də onları. Məndə olan məlumata görə Şəlalənin prokurorluqda tanışı var, onun vasitəsilə işə maneə olur. Özü də müğənnidir, Nəsimi rayonunda yerləşən restoranlarda çıxış edir. Mənim çemodanımdan oğurladığı yoldaşıma məxsus olan qızılları taxıb şəkil çəkdirir, instagramda paylaşır. Amma polis heç bir hərəkət etmir. Jalə də bizdə olanda həyat yoldaşımın paltarını oğurlayıb aparıb, onu da Şəlalənin əynində görəndə bildik. Bizim əlimizdə səs yazıları, fotolar - bu qədər sübutlar olduğu halda, prokurorluq xarici ölkə vətəndaşının, yəni mənim şikayətimə baxmır".
İddialarla bağlı sayt əməkdaşı qarşı tərəfin mövqeyini öyrənmək üçün Şəlalə İsmayılova ilə əlaqə saxlayıb. O, "Qafqazinfo"ya açıqlamasında bu məsələ barədə danışmaq istəmədiyini bildirib: "Bu nömrəyə zəng vurmayın. O çox qələt edir, başını da daşa döyür. Utanmaz-utanmaz ora-bura ağız açır. 17 il ərzində aliment də verməyib. Artıq heç nə danışmaq istəmirəm. Başının ağrımasını istəmirsə, bir də bu nömrəni yığma".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
XƏBƏR LENTİ
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)





