Ölkə

"Bolluq bazarı" tərəfə gedənlərin yolu rahatlaşır - FOTO

23 Yanvar 2018 14:42
0 Şərh     Baxış: 3 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin uzunluğu 1,8 km, mövcud eni isə ortalama 9 m təşkil edirdi. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun hərkət hissəsi 12-13 m-ə qədər genişləndirilir.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazır olan hissələrdə asfaltlanma işləri də aparılıb. Ümumilikdə yolun 1 km-ə yaxın hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni piyada səkiləri qurulub, mövcudları isə bərpa olunaraq asfaltlanıb.

Yararsız qruntun qazılaraq çıxarılması, yeni əsasın inşası, hərəkət hissəsinin genişləndirilməsi və vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 2-3 m enində yeni piyada səkiləri qurulması, mövcudlarının isə bərpa olunaraq asfaltlanması işləri aparılır. Yol boyu piyada səkilərinin kənarlarına yeni səki daşları düzülür. Yola düzüləcək yeni səki daşlarının ümumi uzunluğu 4 min p/m-ə yaxın olacaq.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.

İşlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Bakının 7-ci mikrorayonunda yerləşən bu küçədə təmir işlərinə yanvar ayının əvvəlində başlanılıb.

Yusif Nəsirli
Milli.Az


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində       

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.