Təhsil Nazirliyinin "Qaynar xətt"inə ən çox nəyə görə müraciət edirlər? - QRAFİK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Milli.Az xəbər verir ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 15 767 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib.

Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib.

Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 750 müraciət) və çərşənbə axşamı (2 640 müraciət) günləri, əsasən, saat 09:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 199 müraciət) və çərşənbə axşamı (1 018 müraciət) günləri, əsasən, saat 09:00-dan 12:00-dək müraciət edilib.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
General-mayor “Konyaspor”a dəstəyinə görə vəzifəsindən oldu
-
5 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."
-
İranda nizam dəyişdi - "Ali Rəhbər" erası bitdi
-
Mayın 1-dən 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb ediləcək
-
14 yaşlı qızla hamamda boğulan gəncin FOTOsu
-
Xalq artistinin qızının nikah FOTOları
-
Delimitasiya üzrə bu layihələr razılaşdırıldı - FOTO
-
Türkiyədə bu şəxslərin yaşayış icazələrinin qiyməti ARTDI
-
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
-
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
-
"Kiçik qızıma elçi çıxıblar"
-
Məşhur müğənni konsertindən sonra güllələndi - FOTO
-
"Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
-
Xəzərdə balıq ovu tam dayandırılır - TARİX
-
"Peşmanam ki, niyə EVLƏNMƏDİM"
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Əməkdaşlıq Sazişi təsdiqlənib
-
Kəmaləddin Heydərov Özbəkistanda səfərdədir
-
“Kiçik Dəniz Küçəsi” silsilə konsertləri çərçivəsində keçirilən IV konsert uğurla baş tutdu - FOTO
-
"Komedixana"nın aktrisası özünə yeni iş TAPDI
-
Bakıda avtomobillərdən oğurluq edən iki nəfər saxlanılıb - VİDEO
-
“Temu” bağlamaları buna görə GECİKİRMİŞ
-
“Bookline” layihəsi yekunlaşdı - Kitaba aparan rəqəmsal yol - FOTO
-
“Lənkəranski”nin yaxın dostu beynəlxalq axtarışa VERİLDİ
-
"İlk Zaurun verilişinin bağlanmasını GÖZLƏYİRDİM"





