Ölkə

"Like", "adapter", "mouse" sözləri dəyişdi - SİYAHI

26 Oktyabr 2017 13:15
11 Şərh     Baxış: 3 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı müəyyənləşdirilərək Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında təsdiqlənib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.
 
O, Azərbaycanda dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısını açıqlayıb: ""Zaryadka" - "yükləmə", "adapter" - "yükləyici", "embarqo" - "qadağa", "evakuasiya" - "köçürülmə", "proqnoz" - "öncəgörmə", "konsensus" - "yekdillik", "kserokopiya" - "üzçıxarma", "like" - "bəyənmə", "mesaj" - "ismarıc" kimi təsdiqlənib".
 
Bu sözlərin mətbuat orqanlarında Komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan S. Sadıqova qeyd edib ki, kompyuter "mouse"-nun qarşılığı kimi "bələdçi" sözündən istifadə olunması təklif edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.