Əlillərin məşğulluq problemi müzakirə edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial siyasətin səmərəliliyi müzakirə edilib.
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Gəncə şəhərində Azərbaycanda Sosial Siyasətin Keyfiyyəti, Effektivliyi və Şəffaflığının Artırılması ilə bağlı təlim təşkil edib. Təlimdə Samux rayon icra hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bələdiyyə, QHT, sahibkar və KİV nümayəndələrinin iştirak edib.
CESD-dən Milli.Az-a verilən məlumata görə, tədbirdə iqtisadçı-ekspert Rövşən Novruzov təlim iştirakçılarına "Əhalinin məşğulluq və bu sahədə məlumatlılığının artırılması" mövzusunda təqdimat etmişdir. O, Məşğulluq sahəsində "Peşə yönümü", "Əmək birjaları", "Əmək yarmarkalarının rolu", "Kvotalar", "Peşə hazırlığı", "Ödənişli ictimai işlər", "İşsizlik müavinəti" mövzuları ilə bağlı geniş məlumat verib.
Təlimdə 3 fokus qrup yaradılıb və hər üç qrupa "Məşğulluq sahəsində olan çətinliklər, problemlər və təkliflər"tapşırığı verilib. Mövzu ətrafında qrup müzakirələri və təqdimatları olub. Demək olar ki, hər üç qrupun təqdimatı maraqla qarşılanıb. Belə ki, bütün qrupların təqdimatında əliliyi olan insanların işə düzəldilməsi məsələsinin çətin olduğu, yaşı 35-dən yuxarı olan vətəndaşların işə düzəldməsi məsələsində də eyni problemin yaşandığı, əhalinin daha sıx olduğu yerlərdə əmək yarmarkalarının keçirilməsi, boş iş yerləri barədə verilən elanların düzgün çıxmaması (işə düzəlmək istəyən vətəndaş məşğulluq mərkəzi tərəfindən göndəriş alıb iş yerinə gedir və bu zaman ona artıq həmin vəzifənin tutulduğu deyilir), ali məktəblərin müdavimlərinə təyinatın verilməməsi və digər fikirlər yer alıb. Qrup təqdimatlarında işsiz vətəndaşlara işsizlik müavinətinin verilməsinin əlçatan olmaması, işsizlik statusunun verilməsi şərtlərinin ağır olması məsələsi də öz əksini tapıb.
Qeyd edək ki, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən icra olunan Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda sosial siyasətin keyfiyyəti, effektivliyi və şəffaflığının artırılması" layihəsi çərçivəsində təşkil edilib.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





