Əlillər üçün kurslar - Peşə hazırlığı problemi həll olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, cari ilin ötən dövründə nazirliyin xətti ilə əlavə olaraq 250 nəfər əlilliyi olan şəxs əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Həmin şəxslərdən 180 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub.
Sağlamlıq imkanları məhdud gənclər burada kurslarda olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin olunublar. Qalan əlilliyi olan vətəndaşlar isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə təşkil edilən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər.
Qeyd edilən kurslarda əlilliyi olan şəxslərə komputer istifadəçisi və komputer dizayneri, dərzi, bərbər, toxuculuq, xalçaçılıq, rəssamlıq, tikiş əməliyyatçı mühasib, qənnadçı və s. peşələr öyrədilib. Kursları başa vuranlara peşə sertifikatları verilib və onların yeni yiyələndikləri peşələr üzrə iş yerləri ilə təmin olunmaları üçün nazirliyin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən müvafiq işlər görülüb.
Dövlət Məşğulluq Xidməti tərəfindən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı işləri də davam etdirilir. Cari ilin ötən dövründə Xidmətin həyata keçirdiyi aktiv məşğulluq tədbirləri nəticəsində əlavə olaraq 300 nəfərdən çox əlilliyi olan şəxs münasib işlərlə təmin olunub.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





