Ölkə

Mədət Quliyev Aygün Kazımovaya vəzifə verdi - YENİLƏNİB

27 May 2017 11:27
10 Şərh     Baxış: 20 563

11:27

Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayrağı Meydanından start götürən "28 MAY - Respublika günü"nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.

------------

11:14

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü şərəfinə DTX tərəfindən təşkil olunmuş vətənpərvərlik yürüşündən əvvəl keçirilmiş konsertdə müğənni Aygün Kazımova da çıxış edib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, Aygün Kazımova bir neçə vətənpərvərlik ruhunda yazılmış mahnı ifa edib və gözlənilmədən səhnədən deyib ki, DTX-nın solisti olmaq arzusundadır.

Tədbirdə iştirak edən DTX rəhbərliyi müğənniyə cavab olaraq bildirib ki, o artıq özünü Dövlət Təhlükəsizlik Xidmətinin solisti hesab edə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

10 Şərh:

  • Anonim
    Musviq · 27 May 2017 11:16357

    Xalq artisti olub neyliyib xalqi ucun ancaq soyunmaqla yadda qalib indide solist olacaqmis

    Cavab yaz
    • Anonim
      Efqan · 27 May 2017 12:2460

      Qardas ele güjlü vezife deyil , narahat olma

      Cavab yaz
  • Anonim
    Efqan · 27 May 2017 11:24105

    Medet Quliyevi esl vetenperver övladi sanmaq olar .

    Cavab yaz
  • Anonim
    @@@@ · 27 May 2017 11:56136

    aygün o vəzifəyə layiq deyil

    Cavab yaz
  • Anonim
    ika.e · 27 May 2017 12:39131

    Ne böyük vezifeymiş).Ele mugennidir de sadece tedbirlerde iştirak edib vetenperver mahnılar ifa edecek

    Cavab yaz
  • Anonim
    ra · 27 May 2017 13:3710

    görəsən MKİ-nin solisti kimdir?həə...

    Cavab yaz
  • Anonim
    Leysan · 27 May 2017 14:10130

    Ay allah bu ne iwdi DTX nin bawina geldi

    Cavab yaz
  • Anonim
    bakili · 27 May 2017 16:2760

    bundan sonra daha aygun kazimov haqda hec kim hecne deye bilmeyecek cunki artiq DTX nin emekdawidir

    Cavab yaz
  • Anonim
    Sirr · 27 May 2017 17:3640

    Basa dusmedim bunun ne guclu sesi var ki soloist etdiler ozu de DTX- non

    Cavab yaz
  • Anonim
    SIR BURCU · 27 May 2017 19:0422

    uff dagil a dunya dagil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.