Ölkə

"Yubka"sını qaldıran müğənni: "Yeni ildə özümə ər tapacam"

8 Dekabr 2016 16:40
21 Şərh     Baxış: 6 619
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Səidə Sultanın yarıçılpaq şəkili müzakirələrə səbəb olub. 

Milli.Az xəbər verir ki, Səidə Sultan aznews.az-a açıqlamasında yubkasını iki tərəfdən sapla tavana bağlamasına aydınlıq gətirib: 

"Bu şəkillər tədbirdə çəkilib. Şəkillərlə bağlı danışmaq istəmirəm. Mən Sultan Səidəyəm. Kimlərəsə görə heç vaxt dəyişməyəcəm. Necə varamsa, elə də qalacam. Süni olub yalandan maska geyinməyəcəm. Kimlərəsə görə yaşamayacam. Kim nə deyir, nə danışır cəhənnəmə ki. Danışın, yazın, günahlarımı yuyun. Mən sözbazlıq görməmişəm. Sözbazlıq, qeybət, özündən razılıq, bir az pul görən kimi dəyişən insanlar, mən siz düşündüyünüz kimi deyiləm. Allaha çox şükür kiminsə ailəsini dağıtmamışam, kiməsə pislik, kimdənsə istifadə etməmişəm".

Səidə Sultan Yeni illə bağlı arzularını da dilə gətirib: "Hələ subayam, hamı necə mən də elə. Yeni il qabağı özümə ər tapacam. Qismət Allahdan..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.