Bakı yollarındakı "Venesiya"lar nə vaxt yox olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt sakinlərindən Milli.Az-a Binəqədi rayonunda Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli və Əliyar Əliyev küçələri ilə kəsişməsindəki yolun vəziyyəti ilə bağlı şikayətlər daxil olmaqda davam edir: "Hər dəfə yağış yağandan sonra bu yollar, demək olar ki, Venesiyaya çevrilir. Bəzən ərazidən nə piyada, nə də avtomobillə keçmək olur. Artıq yığılan sular asfalt örtüyünü də bərbad hala saldığından həmin istiqamətdə hərəkət edən sərnişin avtobuslarının marşrutunda da dəyişiklik edilib. Bəzən məhz bu səbəbdən yolda saatlarla davam edən tıxac yaranır. Bilmək istəyirik bu yollarda vəziyyət nə vaxt düzələcək?"

Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə problemlərin qısa müddətdə aradan qaldırılması asan olmayacaq və bu məqsədlə işlərin nə vaxt başlayacağı da hələlik dəqiq bilinmir:

"Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Yəqin ki, bu məsələ işçi qrupda da müzakirə olunacaq. Amma bütün hallarda həmin ərazidə yeni yağış-kanalizasiya sistemi qurulmalıdır. Ərazidə qalan su ya yağış kollektoruna, ya kanalizasiyaya, ya da yaxınlıqdakı gölə vurulmalıdır. Yəni kompleks tədbirlər həyata keçirilməlidir. Bütün bu işlər görülməlidir ki, həmin yolda təmir işləri aparmaq olsun. Əks halda təmirin heç bir mənası olmayacaq".

A.Nəcəflinin sözlərinə görə, işçi qrupundakı müzakirələrdən sonra eyni səbəb üzündən paytaxtın bir sıra digər yollarında da yaranmış problemlər aradan qaldırılacaq: "Konkret olaraq Ziya Bünyadov prospektindəki məlum ərazidən başqa, Binəqədi şossesində, Heydər Əliyev prospektindəki "Bağırov körpüsü"nün altındakı tuneldə və şəhərin bəzi digər yerlərində də su yığılmasının qarşısını almaq üçün ciddi işlər görülməlidir. Bunun üçün ilk növbədə hansı işlərin görülməsi lazım gəldiyi aydınlaşdırılacaq".
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





